"İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"

10:07 14-03-2019 | icon 18 | Siyasət
"İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"

İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir.

 

Versus.Az xəbər verir ki, bunu İranın iqtisad işlər və maliyyə naziri Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.

 

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib:

 

“Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq".

 

İranın iqtisad və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı