Marneulinin sabiq azərbaycanlı meri bələdiyyədən 7 aylıq maaşını tələb edib

12:53 14-03-2019 | icon 21 | Geopolitika
Marneulinin sabiq azərbaycanlı meri bələdiyyədən 7 aylıq maaşını tələb edib

 

Gürcüstanın Marneuli şəhərinin keçmiş meri, əslən azərbaycanlı olan Temur Abazov həbsdə olduğu müddət ərzində ala bilmədiyi 32 min lari əmək haqqını tələb edir.

 

Bələdiyyə Məclisi bu təklifi bu gün keçirilmiş iclas zamanı arayış qismində qəbul edib.
Versus.Az ONA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Marneuli" radiosu yayıb.

T.Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunurdu. Məhkəmə T.Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxıb. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırıb.
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin sözlərinə görə, Gürcüstanın Marneuli şəhərinin keçmiş meri, əslən azərbaycanlı olan Temur Abazov həbsdə olduğu müddət ərzində ala bilmədiyi 32 min lari əmək haqqını tələb edir. Bələdiyyə Məclisi bu təklifi bu gün keçirilmiş iclas zamanı arayış qismində qəbul edib.
ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu haqda məlumatı "Marneuli" radiosu yayıb. T.Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunurdu. Məhkəmə T.Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxıb. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırıb.
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin sözlərinə görə, meriyanın hüquq və maliyyə xidmətlərinin nümayəndələri bu məsələni araşdıracaq və əgər T.Abazovun tələbi qanunvericiliyə uyğundursa, məbləğ ödəniləcək.
Qeyd edək ki, T.Abazovun məhkəməsi hələ tamamlanmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"