ATƏT-in Minsk qrupunun bəyanatına rəsmi reaksiya

13:59 14-03-2019 | icon 18 | Qarabağ
ATƏT-in Minsk qrupunun bəyanatına rəsmi reaksiya

 

ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında əks olunan fikirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir.

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır. Həmin bəyanatda bir daha aydın ifadə olunur ki, danışıqlar prosesi ilə bağlı hər hansı şərtin irəli sürülməsi və yaxud danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir, danışıqlar olduğu formatda davam etdirilməlidir".

Şöbə müdirinin sözlərinə görə, danışıqlar olduğu formatda davam etdirilməlidir: "Həmçinin danışıqlar prosesi getdiyi bir halda prosesin nəticələri barədə hər hansı bir aqressiv ritorika əsasında fikirlərin söylənilməsi də qəbuledilən yanaşma deyil. Bununla bərabər, biz burada münaqişənin mərhələli həlli ilə əlaqədar olan prinsipləri də qeyd etmiş olarıq ki, burada da əsas məqamlardan biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin ora qayıtması, təhlükəsizliyin təmin edilməsi kimi tədbirlərdir ki, bunların da fundamental əsasını məhz Helsinki Yekun Aktı təşkil edir və Helsinki Yekun Aktında da xalqların öz müqəddaratını təyinetmə və ərazi bütövlüyü məsələlərinin bir-birinə münasibətdə hansı əsaslarla həyata keçirilməsi də aydın ifadə olunub. Belə ki, xalqların öz müqəddaratını təyinetmə prinsipi heç bir halda dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməliidr".

H.Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır və bu da yenə də Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı