"Vərəmli xəstələrə sosial dəstək olmalıdır"

16:59 14-03-2019 | icon 24 | Sağlamlıq
"Vərəmli xəstələrə sosial dəstək olmalıdır"

Azərbaycanda vərəmli xəstələrə sosial dəstəyin olması vərəmlə bağlı göstəricilərin azalmasına və bu xəstələrin sayının getdikcə sıfıra yaxınlaşmasına kömək edər.

 

Versus.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə deyib.

 

İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir:

"Son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”.

H.Qədirova bildirib ki, vərəmlə bağlı laboratoriayaların sayı artmalıdır:

 

“Bundan başqa, hazırda icbari tibbi sığortaya keçilir. Amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil. Digər tərəfdən, bu sahədə işləyən həkimlərin, orta tibb işçilərinin maaşlarının artırılması vacibdir. Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi ən azı 6 ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır! Əgər həkimin hansısa maddi marağı olsa, bizdə hansısa göstəricilər düzələcək”.

 

H.Qədirova əlavə edib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır:

“Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım verilirdi, amma sonradan bu layihə dayandırıldı".

 

Mütəxəssis qeyd edib ki, vərəmli xəstələrin uzun müddət stasionar müəssisədə yatmasına ehtiyac olmasa da, əlillik dərəcəsi almaq üçün onlar yatmalı olurlar:

“Belə bir anlaşmazlığa görə xəstələr çalışırlar ki, uzun müddət stasionar müəssisələrdə yatsınlar. Halbuki buna heç ehtiyac yoxdur, çünki onlar ev şəraitində müalicələrini davam etdirə bilərlər. Bu məsələnin həll edilməsi yaxşı olardı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”