Bal, yumurta və limon... 

17:16 14-03-2019 | icon 32 | Sağlamlıq
Bal, yumurta və limon... 

 

Bəzən elə olur ki, enerjimiz iş gününün sonuna qədər yetmir. Özümüzü çox gücsüz, yorğun, əzgin hiss edirik. 

Vaxt və güc - bizim çoxumuza lazım olan məhz bu iki amildir. 

Bu problemi əcdadlarımız müxtəlif ərzaqlardan hazırlanan köməyi ilə aradan qaldırırdılar.

Versus.Az Milli.Az istinadən itirdiyiniz gücünüzü bərpa etməyə kömək edəcək 7 qarışımın reseptini təqdim edir: 

1. 1 çay qaşığı balı 1 yumurta sarısı və azacıq limon və ya portağal suyu ilə qarışdırın. Alınan qarışımı yaxşı olardı ki, səhər yeməyindən əvvəl istifadə edəsiniz. 

 

2. Bu meyvə qarışımı səhər yeməyi kimi yaxşı variantdır. Hazırlamaq üçün 5 ədəd qara gavalı qurusu, hərəsindən 3 ədəd olmaqla ərik və əncir qurusu, 2 dilim limon, 2 ədəd alma və 2 xörək qaşığı kişmiş tələb olunur. Meyvələrin üzərini tam örtənə kimi su əlavə edin. Daha sonra vam xodda 5-10 dəqiqə qaynadın. Hazır olduqdan sonra süzərək səhərlə 1 x/q için. 

3. Limonu 1-2 dəqiqəlik suya qoyun. Daha sonra qabıqlı şəkildə ət maşınından keçirin. Azacıq kərə yağı və 1,5 x/q bal əlavə edin. Bircinsli kütlə alınana qədər qarışdırın. Bu qarışımı çayla da içə bilərsiniz. 

4. Əvvəlcə bir stəkan yulafı 5 stəkan suda qatı kisel halına gələnə kimi bişirin. Eyni miqdarda süd əlavə edərək soyudun. Daha sonra 5 x/q bal əlavə edin və bircinsli məhlul alınana qədər qarışdırın. Alınan qarışımı gündə 3 dəfə yarım stəkan olmaqla için.  

5. Yulafın üzərinə 3/1-i qədər qaynar su əlavə edərək, 1 sutka otaq temperaturunda saxlayın. Daha sonra artıq mayeni süzərək soyuducuya qoyun. Hər yeməkdən əvvəl stəkanın 4/1-i qədər gündə ən az 3 dəfə olmaqla qəbul edin.
 
6. Buğda, arpa, yulafı bərabər miqdarda qarışdırın. Onları üyüdərək un hazırlayın. Bərabər miqdarda su əlavə edin. 2 saat saxlayın və süzün. Alınan qarışımı yaxşısı budur ki, balla içəsiniz. Bu içki həm gücün bərpa olunmasında, həm də qan azlığında kömək olur.

 

Versus.Az 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı