Əsl peşəkar diplomatiya nümunəsi 

18:10 14-03-2019 | icon 60 | Siyasət
Əsl peşəkar diplomatiya nümunəsi 

 

 

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya bu həftə gerçəkləşən səfəri artıq başa çatsa da, ancaq səfərin miqyası və əhəmiyyəti haqda hələ çox danışmaq olar. Mən bu səfərlə bağlı əvvəlki yazılarımda vurğuladığım bir fikiri indi bir daha təkrar edirəm ki, bu səfər sıradan bir səfər deyildi və Mehriban xanımın bu səfəri Fransa-Azərbaycan əlaqələrinin inkişafında tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu.

 

Mehriban Əliyeva sözügedən səfərin gedişində əsl peşəkar diplomatiya nümunəsi göstərdi. Bu səfər həm də Mehriban Əliyevanın siyasətçi və dövlət xadimi performansının özünütəsdiqi idi. Fransaya səfər xanım Əliyevanın bölgənin və dünyanın lider qadınlar panoramına tamamilə yeni bir spesifiklik, özünəməxsusluq cizgiləri gətirdi. Bəli, bu, bir Mehriban Əliyeva fərqi idi. Bu fərq özünü həm də onda göstərdi ki, son illərdə həm bölgənin, həm də dünyanın qadın siyasətçilərindən heç biri Fransa rəsmiləri və elitası tərəfindən bu qədər yüksək hörmətə və ilgiyə layiq görülməmişdi. Hətta Gürcüstan lideri Salome Zurabişvili də Fransaya səfərində bu qədər yüksək diqqət, ehtiram görməmişdi.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu Paris səfəri ilk növbədə çoxsaylı görüşləri və işgüzar danışıqları ilə yadda qaldı. Cəmi iki gün (martın 11-12-si) ərzində Fransanın Baş naziri Eduard Filip Matinyondan tutmuş bu ölkənin siyasi elitasının, maliyyə elitasının, biznes elitasının ən yüksək təmsilçilərinə qədər, bir çox önəmli şəxslərlə bu qədər mühüm danışıqlar aparmaq elə də asan məsələ deyil. Bu, həm fiziki iradə, həm də psixoloji və mənəvi güc, təmkin və çeviklik tələb edir.

 

Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunmuş xanım Əliyeva üçün Birinci vitse-prezident kimi məhz Fransaya səfər etmək və bu cür geniş formatda görüşlər keçirmək prioritet təşkil edirdi. Çünki Fransa hal-hazırda Avropa Birliyinin ən aparıcı ölkəsi və həlledici söz sahibi, aktoru sayılır. Üstəlik də, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni ki, Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa təsir imkanları olan 3 ölkədən biridir. Erməni lobbisinin hər üç ölkədə apardığı anti-Azərbaycan təbliğatının miqyasını və fəsadlarını nəzərə alsaq, M.Əliyevanın Fransaya səfərinin Qarabağ danışıqlarında mövqeyimizin möhkəmlənməsi baxımından da əhəmiyyətini qeyd etməmək mümkünsüzdür. Bu mənada, Mehriban Əliyevanın səfəri erməni lobbisinin Fransada apardığı işi heçə endirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı