Gənc ifaçıların beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək

13:52 15-03-2019 | icon 27 | Mədəniyyət
Gənc ifaçıların beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək

Aprelin 2-dən 8-dək Bakı şəhərində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək.

 

Versus.Az xəbər verir ki, müsabiqənin təşkilat komitəsi artıq öz işinə başlayıb, sənədlərin qəbulu və müsabiqənin təşkili məsələləri ilə bağlı iş aparılır.

 

«WORLD HARMONY» Beynəlxalq musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalği alətləri, vokal - akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təqribən 300 nəfərə yaxın ifaçı və bir çox musiqi kollektivlərinin iştirakı gözlənilir.

 

Müsabiqənin münsiflər heyəti Azərbaycan da daxil olmaqla, Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Rusiya və Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünyaşöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.

 

Aprel ayının 4-də Müslüm Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert və aprel ayının 7-də müsabiqə qaliblərinin möhtəşəm qala-konserti, mükafatlandırma mərasimi keçiriləcək, fərqlənən iştirakçılara hədiyyələr və mükafatlar təqdim olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı