"Azarkeşlər mənə çox kömək etdi"

19:30 16-03-2019 | icon 15 | İdman
"Azarkeşlər mənə çox kömək etdi"

Tribunalardakı azarkeşlər idmançıları çox yaxşı dəstəklədilər.

 

Versus.Az xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarla hərəkətlərin yekunu üzrə gümüş medal qazanan Azərbaycan gimnastı Nikita Simonov deyib.

N.Simonov bildirib ki, azarkeşlərin dəstəyi və ruhlandırması idmançılar üçün çox yaxşıdır:

 

"Bu, bəzi növlərdə çıxış zamanı çaşdırır, lakin halqalarla hərəkətlərdə idmançısı ürəkləndirir. Azarkeşlər mənə çox kömək etdi, onlara minnətdaram".

 

O, Dünya Kubokunun finalında qazandığı nəticədən razı qaldığını vurğulayıb:

"Yaxşı çıxış alındı, təsnifatda səhvə yol verdim. Finala qədər çalışdım, kombinasiyanı kobud səhvə yol vermədən məşq etdim".

 

Azərbaycan gimnastı deyib ki, bazar ertəsi idman gimnastikası üzrə Dünya Kuboku mərhələsinin keçiriləcəyi Dohaya (Qətər) yola düşəcək:

"Yarışa köklənəcəyik ki, daha yaxşı çıxış edək".

 

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA