Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir keçirilib

19:44 16-03-2019 | icon 22 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir keçirilib

Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, martın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikasından gəlmiş şagirlər üçün konsert təşkil edilib.

 

Konsertdə xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış ediblər.

 

Daha sonra Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda Beynəlxalq seminar keçirilib.

 

Novruz bayramı ərəfəsində Tərtər rayonunda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcbur köçkünlər üçün salınmış şəhərcikdə bayram tədbiri keçirib.

 

Tədbirin bayram konserti proqramı Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.

 

Saat 19:00-da isə Beynəlxalq Muğam Mərkəzinin konsert zalında Avstriyalı professor, alətşünas, qədim alətlər bərpaçısı Tomas Şallbök və Milli Konservatoriyanın nəzdində “Əsrlərin sədası” adlı qədim musiqi alətləri ansamblının birgə konserti keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şuşa-Laçın yolu - 2019/VİDEO

Hər Novruz Bayramında kövrəlirəm

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”