Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi

19:48 16-03-2019 | icon 20 | Cəmiyyət
Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, uşaqların valideynlərinin də iştirak etdiyi tədbirdə Novruz bayramının xalqımızın mənəvi zənginliyini, təbiətə bağlılığını özündə əks etdirən bir bayram olduğu qeyd edilib. Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin qorunması və inkişafı sahəsində aparılan fəal dövlət siyasətinin bir təzahürü kimi, Novruz bayramının hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb.

 

Bayram tədbiri burada tibbi-sosial reabilitasiya kursu keçən uşaqların şer, mahnı, rəqs və s. növlərdə ifaları, Novruz personajlarının yumoristik səhnəcikləri ilə davam edib.

 

Müasir tələblər səviyyəsində reabilitasiya şəraitinin yaradıldığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı