İlahiyyat İnstitutunda tələbələrin asudə vaxtları

20:01 16-03-2019 | icon 22 | Təhsil
İlahiyyat İnstitutunda tələbələrin asudə vaxtları

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər silsiləsini davam etdirir. İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, həftənin şənbə günü ali təhsil müəssisəsi tələbələr üçün türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin “Ovcuzumuzdakı kəpənək” mövzusunda çıxışı nümayiş etdirilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tövsiyələr verilib.

 

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı