"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

21:25 16-03-2019 | icon 143 | Cəmiyyət
"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Sanki yaxşı xəbərlər eşitmək ümidi, hissi ilə (Frankfurt) maşını yolun kənarına çəkib Azərbaycan üzrə informasiya portallarına daxil oldum. Budur, gözlədiyim kimi Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. 399 məhkum azad edilib, üç nəfəri ömürlük məhbusun birinin cəzası 25, ikisinin 20 il müddətlə əvəzlənib. Demək, bu üç nəfərin də nə vaxtsa əfvlə azadlığı mümkündür".

 

Versus.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Əfv fərmanı ilə bağlı sevincini sosial şəbəkə üzərindən paylaşan ekspert İlqar Altay bildirib:

 

"Öncə bütün azad olunanları və onların ailələrini, yaxın qohumlarını təbrik edirəm. Sonra, bütün xalqımızı indiyədək görünməmiş sayda böyük azad edilmə və belə bir addımın xalq üçün yeni mütərəqqi bir dövrə keçid - irəliləyiş motivi yaratdığı üçün təbrik edirəm.

Nəhayət, bu qərarı ilə haqq-ədaləti, cəmiyyətin çağırışlarını, siyasi və başqa məhbusların azad edilməsini ümumi ölkənin birliyi, möhkəmliyi, irəliləyişi üçün xüsusi vacibliyini diqqətə almış ölkə rəhbərliyi və dövlətin başçısına minnətdar olmağı, ölkə - vətənin və xalqının taleyinə biganə olmayan bir vətəndaş kimi özümə borc bilirəm.

Başda Rüfət Səfərov olmaqla müstəqil və qeyri-siyasi, qadın Gözəl Bayramlı olmaqla müxalifət, Əli İnsanov olmaqla keçmiş iqtidar təmsilçiləri - məhbusların azad olunması barədə hər zaman çağırış etmişəm. Ancaq siyahıda Seymur Həzi kimi istedadlı gənclərin adı yoxdur. Çox ümud edərdik ki, qalanları da həllini tapsın".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"