Oğlu azadlığa çıxan ata sevincini bölüşüb

14:39 17-03-2019 | icon 24 | Cəmiyyət
Oğlu azadlığa çıxan ata sevincini bölüşüb

Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm.

 

Versus.Az xəbər verir ki, bunu 1978-ci ildə təvəllüdlü, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Çərkəzov Pərvizin atası deyib.

 

Keçmiş məhkumun atası qeyd edib:

"Oğlum 12 il azadlıqdan məhrum edilmişdi, cazsının 10 ilini çəkib, 2 ilindən azad olundu. Dəfələrlə belə sərəncamlar olub, nə qədər insan sevinib. Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".

 

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

 

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı