ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

16:57 17-03-2019 | icon 178 | Köşə
ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Kötükləri büt kimi cəmiyyətə sırımayın

 

 

 

İGİD TEYMURLU

 

 

Özünü demokratiyanın həvarisi kimi aparanlar Qərbdən indulgensiya qəbzi almaq üçün Əli İnsanovun məsumluğundan bir elegiya hazırlamaqdadılar. Satqın Yəhudalar iş başındadılar...

 

Lütfən, yapmayın. Sizin "yalançı Peyğəmbər"inizin əbası da, cübbəsi də, qübbəsi də, qibləsi də zatən hər kəsə bəlli... Azadlığına məhz ölkə başçısının humanistliyi sayəsində qovuşandan sonra səhiyyəmizdə Əli İnsanov repressiyası və hansısa siyasi mübarizədə AZADLIĞIMIZa oxunan ağıdan yazmaq olar...

 

Və yazılacaq da! Səhiyyəni korrupsiyanın əsas mərkəzinə çevirən, hər an azadlığımıza qənim kəsilməyə hazır olan Rusiyanı məmləkət əhlinə Simurq quşu timsalında göstərərək Qərbdə yaşanan gerçək demokratiyaya tüpürən, mətbuata münasibətdə cəmiyyətə Əli İnsanov əxlaqsızlığını sərgiləyən, "orqan alveri"ndə adları hallanan klinikalara münbit şərait yaradan kim olub?...

 

İndi bir əfvin sayəsində azadlığa çıxan Əli İnsanov "kiçik həbsxanadan böyük həbsxanaya" düşdüyünü iddia edib, ayaqlarındakı qandalları ABŞ, Qərb demokratıyasının açdığını söyləyir. "Qollarındakı qandalları" da minnətlə xalqın açmağa məhkum edilməsini israrla bildirir!!! Hansı qolla, hansı əllə, Əli İnsanov - kəsib doğradığın orqanlamı!?

 

ABŞ demokratiyası nədən 14 il susdu, nədən 14 il bacarmadı səni xilas edə bilmədi? Azərbaycana Amerikanın, Qərbin verəcəyi "xoşbəxtlık" ərəb baharının "sovqatı"ndan artıq ola bilməz...

 

Əli İnsanov və Əli İnsanov aşiqləri, mətbu infuzorlar, ucuz şoulardan, gülünc performanslardan əl çəkin... Kötükləri büt kimi cəmiyyətə sırımayın. Ağsaqqallığına görə üzr istəyirəm, amma demək məcburiyyətindəyəm, Əli İnsanovların kötüklüklərini bu cəmiyyət çoxdan görüb. Azərbaycanın problemlərinə 30 ildir ki, ikili standartla yanaşan Amerika və ümumiyyətlə Qərb dünyasına, Rusiyaya tapınmaq, onlar üçün siyasi serenadalar oxumaq, rəhmətlik Böyük Şəhriyar demişkən, "sarılardan kömək ummaq" Əli İnsanovların hələ də kötüklüklüyündə, hələ də öz köntöylüyündə qalmasından xəbər verir....

 

Və bunu satqın Yəhudalar da bilməmiş deyillər. Və təbii ki, bilirlər də... Bildiyinizə görə də, Qərbin istəyincə, Azərbaycanı "Qan Tarlası"na çevirməyin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı