III ixtisas qrupu üzrə müsabiqə şərtləri 

15:57 06-04-2019 | icon 21 | Təhsil
III ixtisas qrupu üzrə müsabiqə şərtləri 

Xəbər verdiyimiz kimi, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu martın 15-dən aprelin 15-dək davam edəcək

Yaz qəbul imtahanlarının isə mayda keçirilməsi nəzərdə tutulub. 

Versus.Az xəbər verir ki, bu gündən azedu.az-da abituriyentlərə kömək məqsədilə ixtisas qrupları üzrə minimal müsabiqə şərtləri ayrı-ayrılıqda dərc ediləcək. 

Versus.Az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, III ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır:

III ixtisas qrupu üzrə:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır;

Ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Naxçıvan Dövlət və Lənkəran Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları, Naxçıvan, Gəncə Dövlət Universitetləri, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya Universitetlərində Sosial iş ixtisasları üzrə ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanı 28 apreldə, II və III ixtisas qrupları üzrə yaz qəbul imtahanları 19 mayda, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanıları isə 7 iyulda keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

İlqar Altaydan dövlətə, vətənə yeni dəstək formatı - TƏKLİF

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL

Bulvara giriş bağlanır

Gülnarə Səlimovanı təqdim edən tələbə yüksək balla qiymətləndirilib

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir