AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

16:29 06-04-2019 | icon 20 | Təhsil
AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

 

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 14-cü proqram (kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter elmləri ixtisasları) üzrə Bakı Dövlət Universitetinin tələbələri üçün təlim keçirilib.

Versus.Az xəbər verir  ki, təlimdə verilənlərin strukturu və alqoritmlər, əməliyyat sistemləri, proqramlaşdırmanın əsasları, proqram təminatı, informasiya sistemləri və verilənlər bazası, informasiya təhlükəsizliyi və 14-cü proqrama daxil olan digər mövzular barədə məlumat verilib.

Məruzə ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fəndən doktorluq imtahanının qəbulu, AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi fənlərin tədrisi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə distant kursların, seminar və konfransların təşkili, magistraturaya və dövlət qulluğuna hazırlıq kurslarının təşkili, eləcə də informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi mərkəzin əsas fəaliyyət istiqamətləri sırasına daxildir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL