"Funikulyor hər 10 dəqiqədən bir yola düşür, qiymət isə 1 manatdır"

10:33 07-04-2019 | icon 25 | Sosial
"Funikulyor hər 10 dəqiqədən bir yola düşür, qiymət isə 1 manatdır"

2012-ci ildən tamamilə yenilənən Bakı funikulyoru heç də xarici ölkələrdəki funikulyorlardan geri qalmır, hətta onları üstələyir.

 

Funikulyor hazırda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsidir.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov 2012-ci ildən bəri bu nəqliyyat vasitəsinin fasiləsiz fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, kompüter sistemi ilə idarə olunan funikulyorda hansısa texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür:

"İndiyə qədər heç bir nasazlıq baş verməyib. Hər həftənin 1-ci günləri öz mütəxəssislərimiz burada profilaktik işlər görülür, sistem yoxlanılır. Funikulyorda qatarlar bir kanata bağlıdır və bir xətlə hərəkət edirlər. Onlarda nə mühərrik, nə də digər qurğu olur".

 

İdarə rəisi qeyd edib ki, funikulyorun əsas sərnişinləri paytaxta gələn turistlərdir:

"Funikulyor hər 10 dəqiqədən bir yola düşür, qiymət isə 1 manatdır. Sakinlərlə yanaşı şəhərimizə gələn turistlər də bu nəqliyyat vasitəsindən istifadə edirlər. Elə ən çox istifadə edənlər də turistlərdir. Qatarlar sərnişin olmayanda hərəkət etmir. Ancaq 1 sərnişin kifayət edir ki, qatarlar işə düşsün".

 

Qeyd edək ki, Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilib. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılıb və 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Qatarlar xüsusi sifarişlə Almaniyadan, kompüter sistemi və avadanlıqlar isə digər xarici ölkədən gətirilib. Hər vaqon 28 oturacaqla təhciz olunub, bundan əlavə 12 nəfər üçün ayaq üstü sərnişin yerləri ayrılıb.

 

Bakı funikulyorunun "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Funikulyor bazar ertəsindən başqa, hər gün səhər saat 10:00-dan axşam 22:00-a kimi işləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL