Şəhid Ülvin Məmmədovun xatirəsi anılıb

11:27 07-04-2019 | icon 138 | Təhsil
Şəhid Ülvin Məmmədovun xatirəsi anılıb

Səxavət Məmmədov: "Məktəbimizin hər bir şagirdinə Ülvin və onun döyüş yoldaşlarını örnək götürmələrini tövsiyyə edirəm"

 

 

Laçın rayon 37 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdlər hər il olduğu kimi, bu il də Aprel döyüşləri zamanı şəhid olan Ülvin Cəmaləddin oğlu Məmmədovun əziz xatirəsini yad ediblər.

Versus.az-ın məlumatına görə, məktəbin direktoru, müəllim kollektivi və şagirdlər Ulvin Məmmədovun qəbirüstü abidəsini ziyarət ediblər, abidənin önünə tər güllər düzüblər.

Məktəbin direktoru Səxavət Məmmədov Aprel döyüşlərinin Azərbaycan Ordusunun yüksək vətənpərvərlik ruhunu əks etdirdiyini bildirib:

“Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Mən məktəbimizin hər bir şagirdinə Ülvin və onun döyüş yoldaşlarını örnək götürmələrini tövsiyyə edirəm”.

Şəhidin məzarı üzərinə tər güllər düzüldükdən sonra şagirdlər şəhidlərimizə aid şeirlər söyləyiblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL