"Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq"

14:39 08-04-2019 | icon 34 | Sosial
"Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq"

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 2019-cu ildə Azərbaycanda iqtisadi inkişaf daha sürətlə gedir və bu ilin ilk üç ayının göstəricilərinə əsasən artıq 3 faiz artım qeydə alınıb:

"Bu, çox yaxşı göstəricidir. Çünki 2015-ci ildə dünyada baş verən iqtisadi böhran bütün ölkələrə öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi islahatlar ölkəmiz bu vəziyyətdən minimum təsirlərlə çıxmağı bacardı və yenidən inkişaf mərhələsinə çıxa bildi. Bu gün ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sahəsində istehsal və ixracın həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib".

Deputat vurğulayıb ki, həyata keçirilən islahatlar sosial sahəyə də müsbət təsirlərini göstərib: "Təkcə bu il ərzində cənab Prezident İlham Əliyev tərəfindən imzalanan bir sıra mühüm fərman və sərəncamlar bütün sahələri əhatə edib. Pensiyaçıların və digər qrupların sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqının minimum hissəsinin, maaşların artımı, tələbələrin təqaüdlərinin artırılması, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılması, problemli kreditlərin həlli ilə bağlı verilən fərman, eləcə də şəhid ailələrinə müavinətlərin verilməsi və digər tədbirlər insanların sosial rifahının yaxşılaşmasına çox müsbət təsir göstərib".

A.Hüseynov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsi də təmkinli, praqmatik ssenarilər üzrə hazırlanıb və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da insanların rifahını ən yüksək səviyyəyə çatdırmaqdır: "Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir