DİM-dən XƏBƏRDARLIQ  

 

14:51 08-04-2019 | icon 26 | Təhsil
DİM-dən XƏBƏRDARLIQ  
 

 

Məlum olduğu kimi, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq.

Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

İmtahandan sonra sosial şəbəkələrdə müxtəlif şaiyələr yayılıb. Abituriyentlər iddia edir ki, imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlər internetdə imtahana düşən sualları paylaşırlar.

İddialara görə, həmin şagirdlərdən sualları əldə edən bəzi müəllimlər yutub kanalları və ya feysbukda abituriyent qrupları vasitəsilə cavabları və sualların həll yollarını insanlara təqdim edirlər.

İmtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır.

Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni  yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə “yardım” etməyə çalışır.

Mövzuyla bağlı DİM-in mövqeyi qəti və sərtdir.

Versus.Az azedu.az-a istinadən xəbər verir ki, sektor müdiri Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, müxtəlif üsullarla sual kitabçasını imtahandan çıxaran və ya şəklini çəkib internetdə yayan abituriyentlər birmənalı şəkildə cəzalandırılacaq:

“Bu kimi qeyri-qanuni hallar aşkar olunduğu təqdirdə, DİM tərəfindən ciddi tədbir görüləcək. Əgər hər hansı vasitə ilə sual kitabçası imtahandan çıxarılarsa və fakt DİM tərəfindən aşkarlanarsa, həmin şagirdin imtahan nəticələri ləğv olunacaq və onlar qəbul imtahanının II mərhələsinə buraxılmayacaqlar.

Bundan əlavə, müəyyən edilən qaydalara riayət etməyən hər şagirdin nəticələri birmənalı şəkildə ləğv olunacaq"

DİM müxtəlif tarixlərdə  keçirilən buraxılış imtahanlarında istifadə olunan sualların, yalnız çətinlik dərəcələrinin eyni olduğunu da nəzərə çatdırıb. Bu, o deməkdir ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir.

Qeyd edək ki, dünən keçirilən imtahanda 27.659 şagird iştirak edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL