Cahangir Hacıyevin məhkəməsində 

15:03 08-04-2019 | icon 26 | Hadisə
Cahangir Hacıyevin məhkəməsində 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Versus.Az trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Məmmədzadə ifadə verib.

O, hazırda Beynəlxalq Bankın Nağdsız hesablaşmalar departamentinin direktoru vəzifəsində çalışdığını söyləyib: "Bankda bəzi hallarda kreditlər tapşırıqla ayrılıb. Həmin vaxt da mən Kreditorlar komitəsinin üzvü idim. Tapşırıq verilmişdi ki, Dünyamin Xəlilova məxsus şirkətlərə - "Səbail Mebel" MMC-yə və digərlərinə kredit verək. Ancaq kretirlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Lakin bəzi istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu. Mən də bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Əsasən göstərişləri Akif Əliyev verirdi. O da deyirdi ki, rəhbərliyin sifarişidir, ancaq rəhbərlik deyərkən konkret kimi nəzərdə tutduğunu bilmirəm".

Məlum olub ki, şahid ali təhsil almadan bankda mühüm vəzifələrdə çalışıb.

Daha sonra digər şahid Fuad Kərimov dindirilib. O 2013-cü ilin yanvarından 2015-ci ilədək Bankın Baş xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışdığını qeyd edib: "İşim, əsasən Bankda veksel əməliyyatları aparmaq olub".

Prosesdə şahid Akif Əliyev də ifadə verib. O bildirib ki, 1990-cı ildən 2017-ci ilədək Bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kreditorlar komitəsinin sədri, 2011-2015-ci illərdə Bankın baş direktoru, daha sonra Problemli kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir.

 

A.Əliyevin sözlərinə görə, Kreditorlar komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olub: "Kreditlər Bankın İdarə Heyəti sədrinin sərəncamı ilə verilirdi. Bank müxtəlif layihələri maliyyələşdirirdi, layihələrin də əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də Dünyamin Xəlilovun belə bir layihəsi olduğunu və onu maliyyələşdirmək lazım olduğunu söylədi. Biz də verilən tapşırığı icra edirdik".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL