Oruc olmaq xərçəngi YOX EDİR

15:40 08-04-2019 | icon 34 | Sağlamlıq
Oruc olmaq xərçəngi YOX EDİR

Yeni aparılan araşdırmalara görə, 8 saat yemək yeyib 16 saat ərzində ac qalmaq döş xərçənginin yaranmasının qarşısını alır.

Versus.Az xəbər verir ki, bu barədə araşdırma Kaliforniya Universitetində tibb mütəxəssisi Manası Das tərəfindən aparılıb. Alimlər qadınların metabolik sağlamlığının döş xərçəngi riskinə necə təsir edəcəyi araşdırıb.

Yemək yediyiniz saatların miqdarı önəmlidir

Araşdırmada siçanlar üzərində 8 saat pəhriz tətbiq edilib. Nəticədə xəstəlik riskinin əhəmiyyətli dərəcədə azaldığı müəyyən edilib. İlk mərhələdə siçanlara 10 həftə ərzində 60 faiz yağlı qida ehtiva edən bir pəhriz tətbiq olunaraq onlarda piylənmə əmələ gətiriblər. Daha sonra siçanları iki qrupa ayırıblar. Bir qrupa 24 saat, digər qrupa isə yalnız 8 saat yemək verilib. Daha sonra bütün heyvanlara üç həftə ərzində döş xərçəngi hüceyrələri yeridilib.

Xərçəng hücerələri vurulmuş siçanlar yenidən iki qrupa ayrılıb. Onlardan birinə yüksək yağlı, digərinə isə müəyyən saatlarda yemək verilib. Sonda ultrasəs yoxlaması aparılıb. Əldə edilən nəticələr olduqca təəccüblü olub. Məhdud saatlarda yemək yeyən gəmiricilərdə şişlərin inkişafını ləngidiyi müşahidə edilib.

MD Anderson Xərçəng Mərkəzinə görə, klimaks xərçəngə səbəb olmur, ancaq xəstəliyin inkişaf riski yaşla birlikdə artır. Yəni, qadın klimaksdan sonra həddən artıq kökəlsə və ya piylənmədən əziyyət çəkirsə, onun döş xərçəngi olmaq riski yüksəkdir.

Bəs fasiləli oruc nədir?

16:8 pəhrizinə fasiləli oruc demək olar. Bunu həyata keçirən şəxslər 16 saat ərzində oruc tuturlar və qalan səkkiz saatda, adətən səhər 10 ilə axşam 6 arasında qidalanırlar. Digər pəhrizlərdən fərqli olaraq fasiləli orucda əsasən nə yediyimiz yox, nə zaman yediyimiz böyük rol oynayır.

Kimlər tətbiq edə bilməz?

 

1. Menstruasiya dövründə fasiləli oruc tutmayın.

2. Fasiləli orucu ard-arda tətbiq etməyin. Bir-iki gün fasilə verin.

3. Pəhrizə başlayanda oruc müddətini 12-13 saata endirə bilərsiniz. Birdən-birə 16 saat aclıq hər kəsə yaxşı təsir etməyə bilər. Odur ki, özünüzü yaxşı tanıyın və aclıq müddətini tədricən artırın.

Bu üsulu tətbiq etdikdə, axşam yeməyindən sonra yemək olmaz. Axşam yeməyindən sonra aclıq müddətində kalorisi olmayan mayeləri (su, şəkərsiz çay və qəhvə) içmək olar.

Pəhrizi tətbiq edən bir çox insan gözəl nəticələr ala bilər. Yaxşı nəticə əldə etmək üçün fasiləli orucu düzgün şəkildə tətbiq etmək lazımdır.

Fasiləli aclıq hər kəsə uyğun qidalanma üsulu deyil. Xüsusilə də kortizon istifadə edənlər, hamilələr, ağır xroniki xəstəliyi olanlar üçün bu pəhrizi uyğun deyil. Yeniyetmələrdə, mədə pozğunluğu olan insanlarda, hamilə və süd verən qadınlar üzərində zərərli təsirə malik ola bilər. Diabet və xroniki xəstəlikləri olan şəxslərin də diqqətli olması lazımdır.

16: 8 fasiləli aclığın qanda şəkəri səviyyəsini yaxşılaşdırdığı, beyin funksiyasını gücləndirdiyi və daha ömrü uzatdığı deyilir./publika.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir