Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ 

15:47 08-04-2019 | icon 85 | Maraqlı
Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ 

Hamı bilir ki, irsiyyət, siqaret, alkoqol və sair amillər xərçəngin inkişaf etməsinə təsir göstərir. Amma onkoloji xəstəliklərin inkişafının gözlənilməz səbəbləri də az deyil.

 

Versus.Az milli.az-a istinadla xərçəng xəstəliyinin yaranmasının gizli səbəblərini təqdim edir:

 

Səbəb - № 1: İsti çay

Bəli, biz azərbaycanlılar çayı isti-isti içməyə adət etmişik. Amma çox az adam bilir ki, qaynar çay qida borusu xərçənginin inkişafına səbəb ola bilər. Onkoloji tədqiqatların nəticələri əsasında məlum olub ki, 65 dərəcədən yuxarı temperatur qida borusuna ziyandır. Məsələ ondadır ki, qaynar su qida borusuna düşən zaman qişanın dağılmasına gətirib çıxara bilər, bu isə sizin sağlamlığımız üçün yaxşı heç nə vəd etmir. Əgər siqaret çəkir və ya tez-tez alkoqol qəbul edirsinizsə, onda xərçəngin yaranma ehtimalı beş dəfə artır.

 

Səbəb № 2: Artıq çəki

Artıq çəki də xərçəng inkişafına səbəb olan amillərdən biridir. Bədənin kütləsi nə qədər çoxdursa, risk bir o qədər yüksəkdir. Məsələ ondadır ki, piylənmə nəticəsində iltihabi proseslərin inkişaf ehtimalı artır. Arıqlayan insan isə qida borusu, qaraciyər və mədə xərçəngi, o cümlədən ateroskleroz, şəkərli diabet və yüksək təzyiq kimi risklərdən xilas olur.

 

Səbəb №3: Hündür boy

Bu, çox gözlənilməz oldu, amma həqiqətən də boyun hündürlüyü xərçəng riskinə təsir edir. Bu qarşılıqlı əlaqə keçmiş yüzilliyin əllinci illərində aşkar edilib. İnsanın boyu nə qədər hündürdürsə, xərçəngin inkişaf ehtimalı da bir o qədər yüksəkdir. Hesab edilir ki, yüksək boylu insanlarda hüceyrələr daha çoxdur, odur ki, onların mutasiyasının ehtimalı daha çoxdur. Bu amilə təsir etmək mümkün deyil, amma hündürboy insanlar mütəmadi olaraq lazimi müayinələrdən keçərək öz sağlamlığının qayğısına qala bilər.

 

Səbəb №4: Günorta gəzintisi

Günorta günəşi heç də təsadüfi olaraq təhlükəli hesab edilmir. Hətta 10-15 dəqiqəlik gəzinti neqativ effekt göstərməyə qadirdir. İsti günəş dərimizə çox güclü zərər verir. Zərərli təsirlərdən qorumaq üçün 30 SPF qoruyucu kremlərdən istifadə etmək lazımdır. Bundan başqa, yüngül bağlı geyim, şlyapa və günəş eynəkləri xərçəngdən müdafiə olunmağa kömək edəcək.

 

Səbəb №5: tonqal və ət tüstüsü

Nə qədər qəribə olsa da, tədqiqatların nəticələri belədir. Məlum olub ki, manqalın və ya tonqalın yanında çox dayanan insanlar xərçəng riskinə daha meyillidir. Onlar dəri vasitəsilə polisiklik ətirli karbohidrogen adlanan kimyəvi maddələrin təsirinə daha çox məruz qalır. Onlar kanserogen maddələrdir və xərçəngin inkişafının ehtimalını artırırlar. Bu baxımdan, yay əyləncələri vaxtı bağlı geyimdən istifadə etmək və tüstüdən qorunmaq daha yaxşıdır.

 

Səbəb №6: Gecələr işləmək

Araşdırmalar göstərir ki, gecələr işləmək xərçəngin səbəbi ola bilər. Bu fakt sizə şübhəli görünsə də, bəzi alimlər bu əlaqəni öz araşdırmalarında sübut edib. Gecələr işləmək stresə, tükənmişliyə gətirib çıxarır ki, bu da xərçəngin yaranması ilə nəticələnir. 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL