Nüvə fizikası ilə bağlı beynəlxalq seminar öz işinə başlayıb

16:14 08-04-2019 | icon 31 | Təhsil
Nüvə fizikası ilə bağlı beynəlxalq seminar öz işinə başlayıb

Bakı Dövlət Universitetində (BDU) “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Versus.az azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), BNTİ və BDU-nun birgə təşkilatçılığı ilə keçirilən seminar aprelin 11-nə qədər davam edəcək.

Dünya şöhrətli alim, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roland Saqdeyevin sədrliyi ilə keçirilən beynəlxalq seminarı giriş sözü ilə açan AMEA-nın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov tədbirin dünya elminə verəcəyi töhfədən danışıb. Bildirib ki, beynəlxalq seminar ölkələr arasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq.

BDU-nun rektoru Elçin Babayev Azərbaycan, Almaniya, Rusiya Federasiyası, Çex Respublikası və Polşanın nüfuzlu alimlərinin, tanınmış mütəxəssislərinin iştirakı ilə keçirilən, nüvə fizikası ilə bağlı aparıcı mütəxəssisləri bir araya gətirən seminarın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzulayıb.

BNTİ-nin direktor müavini Mixail İtkis çalışdığı qurumun fəaliyyəti haqqında ümumi məlumat verib. O, BNTİ-nin yüksək enerji fizikası laboratoriyasının bazasında 2013-cü ildə təməli qoyulan və 2020-ci ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan NICA (Nuclotron-based Ion Collider facility) mərkəzi haqqında geniş danışıb. M.İtkis bildirib ki, mərkəzin yaradılmasında məqsəd əvvəllər əlçatmaz olan zərrəcik fizikası sahəsində uğurlu tədqiqatlar aparmaqdır.

Sonra Roland Saqdeyev, Antiproton və ion tədqiqat mərkəzinin (FAIR) elmi direktoru və idarə heyətinin sədri Paolo Qubellino (Almaniya), Praqanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

Tədbir çərçivəsində BDU ilə Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Beynəlxalq seminar ADA Universitetində “Nüvə və Yüksək enerji fizikası 21 əsrdə hara gedir?” mövzusunda dəyirmi masa ilə davam edəcək.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL