"Azərbaycan dəhliz mənasında NATO-ya hər hansı ərazisini vermi"

17:54 08-04-2019 | icon 58 | Siyasət
"Azərbaycan dəhliz mənasında NATO-ya hər hansı ərazisini vermi"

Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

 

L.Abdullayeva bildirib ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

"Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanın təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və prosedurlarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birilərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır".

 

XİN rəsmisi deyib ki, bu günədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə, bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib:

"ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam fəaliyyətə başlaması bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yükdaşımaları məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO-nun baş katibi mətbuat konfransında qeyd edib ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini bildirib. Vurğulamaq istərdik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib".

 

L.Abdullayevanın sözlərinə görə, bununla yanaşı, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir:

"Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaq. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcək".

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

İlqar Altaydan dövlətə, vətənə yeni dəstək formatı - TƏKLİF

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL

Bulvara giriş bağlanır

Gülnarə Səlimovanı təqdim edən tələbə yüksək balla qiymətləndirilib

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir