Pəncərədən asılan ölüm!!!

11:05 09-04-2019 | icon 47 | Köşə
Pəncərədən asılan ölüm!!!

Məktəbin müdiri, müəllimləri, sinif rəhbəri, sinif yoldaşları, hamısı əlbir onu öldürdü

 XƏYAL NAMİZƏDLİ

 

Bir neçə gün əvvəl 8-ci sinifdə oxuyan qızın özünü məktəbin pəncərəsindən ataraq intihar etdiyi barədə eşidəndə əvvəl inanmadım.

Niyə görə məktəbli uşaq özünü öldürsün? Niyə?

Üstündən bir neçə gün keçəndən sonra isə qızcığaz xəstəxanada həyatını dəyişdi. Sonradan bəlli oldu ki, məktəbdə, sinifdə onu incidirmişlər. Balaca isə onlara cavab verə bilməyib, təklənib. Onu yaşadığı cəmiyyət təkləyib öldürdü... Məktəbdəki müəllimlər, məktəbin müdiri, sinif rəhbəri, sinif yoldaşları, hamısı əlbir onu öldürdü. Deməli cəmiyyət öldürməkdən, əzab verməkdən həzz alır. Əminəm ki, bu işdə əli olan hər bir kəsin bu dəqiqə balaca qızın ölümü vecinə deyil. Hamısı bu dəqiqə öz canları üçün, malı-mülkü, vəzifəsi üçün qorxur. Polisdə aparılan sorğu-sual üçün qorxur. Amma balacanın ölümü heç kimi narahat etmir.

Deməli övladını məktəbə göndərən hər bir valideyn sabah balasının meyidinin evə gəlməyini gözə almalıdır. Çünki baş verən hadisələrə heç kim cavab vermir, heç kim məsuliyyəti üzərinə götürmür. Heç kimin vecinə deyil kiminsə uşağı...

O zaman təklif edirəm, övladlarımızı məktəbə göndərməyək. Ən azı gözümüzün qarşısında olacaqlar, sağ-salamat. Dərsi də eybi yox özümüz öyrədərik. Çünki heç bir dərs şəxsən mənim üçün övladımdan artıq deyil.


Cəmiyyət isə ağır xəstədir. Başdan xəstə. Uşaqların balaca qızla bu cür davranması heç də təəccüblü deyil. Çünki uşaqlar böyükləri yamsılayır. Deməli bu uşaqların hər birinin evində onları əzən, təhqir edən bir böyük var. Evdə təziqlə üzləşən fərd bu davranış modelini digərinin üzərində tətbiq edir. Təbii ki, özündən güclüyə qarşı bunu edə bilmir. O zaman daha zəif birini tapır və onu əzməyə başlayır. Bu uşaqlar da qruplaşaraq zəif birini təkləyib onu təhqir etməklə öz əzilmiş mənliyinə təzminat ödəyiblər. Və nəticədə zəif olan bunlara dözməyib intihar edib.


Bütün bunlar isə məktəbdə müəllim heyətinin gözünün qarşısında dəfələrlə təkrarlanıb. Və heç bir müəllim, müdir heç bir tədbir görməyib. Çünki görsəydi bu faciə baş verməzdi. Və mənə nağıl danışmaq lazım deyil ki, bəs uşaqlar sözə baxmır. Siz “müəllimlər” istəyəndə daşı belə yumşaltmağa vasitə tapırsız.
Çox böyük təəssüf hissi ilə anlayıram ki, əsl pedaqoq və müəllimlər getdikcə azalır. Müəllim tək dərs keçən deyil, o həm də ustaddır. Tərbiyə verən, xarakteri formalaşdıran ustad. Və bu faciədə hər birimizin günahı var. Heç kim də yaxasını kənara çəkməsin. Biz nə özümüzə, nə də övladlarımıza doğru-düzgün tərbiyə verə bilmirik. Bir də uşağı tərbiyə etməklə deyil, onsuz da onlar valideynlərə oxşayacaqlar. Gələcəkdə bu cür faciələrin təkrar olunmaması üçün heç olmasa bu gündən sonra adam olaq. Yoxsa get-gedə bir-birimizi məhv edən yırtıcılara dönürük.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir