"Gözləməməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın"

13:51 09-04-2019 | icon 19 | Siyasət
"Gözləməməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın"

Hər kəsə məlumdur ki, Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün ölkədə struktur islahatları aparılır:

 

“Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna əlavə və dəyişikliklər etməklə, həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Biz gözləməməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın. Burada itirən dövlət və insanlardır. Çünki həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”.

 

S.Novruzov bildirib ki, korrupsiya hallarının vaxtında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır:

“Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verilməlidir ki, büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL