Dəniz limanlarının tikintisi ilə bağlı yeni tələblər qəbul olundu

14:12 09-04-2019 | icon 25 | Gündəm
Dəniz limanlarının tikintisi ilə bağlı yeni tələblər qəbul olundu

Azərbaycanda dəniz ticarət limanlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb ediləcək.

 

Versus.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dəniz limanları haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

 

Dəyişikliyə uyğun olaraq, dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli, eləcə də ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.

 

Bu zaman həmin layihə ilə bağlı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və sənədin ekoloji ekspertizası həyata keçirilməlidir.

 

Layihəyə əsasən, bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

Ermənistanın Qarabağ iştahı artır

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL