“Azəriqaz” xəbərdarlıq edib: ALDADIRLAR

14:34 09-04-2019 | icon 77 | İqtisadiyyat
“Azəriqaz” xəbərdarlıq edib: ALDADIRLAR

“Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.

 

Birlikdən Versus.Az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.

 

Eləcə də, inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırılır ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. Həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildirilir ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL