Məktəblimiz beynəlxalq sammitdə jüri olub

14:55 09-04-2019 | icon 35 | Təhsil
Məktəblimiz beynəlxalq sammitdə jüri olub

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib.

 

Versus.Az-ın məlumatına görə, Birləşmiş Millətlər təşkilatının Dayanıqlı Məqsədlər üzrə Proqramının Vyetnamdakı nümayəndəliyinin dəstəyi ilə ölkəmizi təmsil edən R.Camalova sammitdə 2 dəfə çıxış edib. Çıxışı zamanı gənc ixtiraçı öz uğurları və  qarşılaşdığı çətinlikləri dəf etmək yolları haqqında gənclərə motivasiyaedici məlumatlar verib.

 

Bununla yanaşı, o, Asiya və Sakit Okean ölkələrindən olan digər spikerləri də dinləmək imkanı qazanıb. Sammitdə spikerlər gənclərin bir sahibkar kimi üzləşdikləri problemlərin həlli yollarını müzakirə ediblər.

 

Qeyd edək ki, Gənclər Sammiti (Youth Co:Lab Summit) bu il 20 müxtəlif Asiya və Sakit Okean ölkələrindən 500-dən çox gənci bir araya toplayıb.

 

Gənc ixtiraçı R.Camalova həmçinin, 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

 

Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

 

Qeyd edək ki, R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun  gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL