Transxəzər magistralı layihəsinin icrasına başlanıb

15:48 10-04-2019 | icon 35 | İqtisadiyyat
Transxəzər magistralı layihəsinin icrasına başlanıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.

 

AzerTelecom şirkətindən Versus.Az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycan tərəfdən AzerTelecom şirkəti və Qazaxıstan tərəfdən Transtelekom və KazTransCom şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.

 

Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası Saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.

Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan McKinsey and Company, Detecon, Axiom, DLA Piper, Huawei, PwC kimi şirkətlər də cəlb olunub.

 

Transxəzər fiber-optik magistralının çəkilişi AzerTelecom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” (ADH) proqramının bir hissəsidir. Bu proqram çərçivəsində Transxəzər fiber-optik magistralının çəkilişi Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə rəqəmsal dəhlizin yaradılmasına mühüm töhfə verəcəkdir və Azərbaycanı regionun Enerji və Nəqliyyat mərkəzinə paralel olaraq həmçinin Rəqəmsal Mərkəzinə (Digital Hub) çevirəcəkdir. Transxəzər fiber-optik magistralının ümumilikdə regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaqdır.

Bu layihənin icrası həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcəkdir.

 

Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsi ölkəmizin telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, internetin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və Rəqəmsal Mərkəz olması deməkdir. Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturu şəbəkəsində mərkəzi mövqe əldə etməsidir. Azərbaycanın “Digital Hub”a çevrilməsi ilə perspektivdə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı şəhəri də əlavə olunacaqdır. Layihə dünya miqyaslı qlobal rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kiber-təhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisninin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ixrac edilməsinə öz töhfəsini verəcəkdir.

 

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, FTTx, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir