Musa Yaqub və Vaqif Bayatlının ailələrinin bundan xəbərləri olmayıb

19:57 10-04-2019 | icon 48 | Cəmiyyət
Musa Yaqub və Vaqif Bayatlının ailələrinin bundan xəbərləri olmayıb

Şairlər Musa Yaqub və Vaqif Bayatlının ailələri onların səhhəti ilə bağlı bir qrup şair və yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov və Vaqif Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib.

Ş.Yaqub bildirib ki, atasının səhhəti Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.

 

Şair V.Bayatlının müalicəsi ilə bağlı məsələyə gəlincə isə, həyat yoldaşı Tamam Bayatlı da bildirib ki, bununla əlaqədar müraciət etməyiblər:

“Yazıçılar adından hər hansı müraciətdən də xəbərimiz yoxdur”.

 

T.Bayatlı şairin bu yaxınlarda əməliyyat olunduğunu və bu yaxınlarda da müalicə üçün Türkiyəyə gedəcəyini bildirib.

Qeyd edək ki, bəzi KİV-lərdə M.Yaqub və V.Bayatlının səhhətlərində yaşanan problemlərin həllinə dəstək olması xahişi ilə şair və yazıçıların Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi barədə məlumat yayılmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL