BİZ BİZ OLAQ, BİZ BİZ OLMAYAQ

08:02 11-04-2019 | icon 61 | Köşə
BİZ BİZ OLAQ, BİZ BİZ OLMAYAQ

Canlı tarix sözün cəng meydanında və susan dillər

 İGİD TEYMURLU


Razılığını ala bilsəm yaxın günlərdə SÖZÜN CƏNG MEYDANIna bir İnsan gələcək...Və bu, o İnsandır ki, həm hərəkat dövrümüzün, həm də Birinci Qarabağ Savaşının tən ortasında olub. Elçibəydən tutmuş taaa Yurdçu uşaqlara qədər, Rəhim Qazıyevdən tutmuş taa indi "fb" qəhrəmanlarına çevrilən d(s)öyüşçü pəhləvanlara qədər hər kəsin yol yoldaşı olub. Hər kəsin cikini də, bikini də bilir. Və onu da hər kəs tanıyır...

 

Alınsa, gözəl olacaq. Və nədən gözəl olacaq, bilirsinizmi? Şübhəsiz Adam danışanda cəmiyyət daxilində qarşılıqlı ittihamlar da artacaq ki, bu da mahiyyət etibarilə mənfi tendensiyadır. Ancaq məsələ burasındadır ki, müstəqilliyimizi qazanandan indiyə kimi kimlərinsə vasitəçiliyilə sırınan eybəcər cəmiyyət kodeksinin təzahürüdür ki, adamın üstünü unlu görəndə onu dərhal dəyirmançı statusuyla “mükafat”landırırlar. Özlərini isə cəmiyyətə söz sahibi, aparıcı qüvvə kimi sırıyırlar. Belə davranış tərzi də istər-istəməz gerçəkləri ört-basdır edir, bu günün tarixini həm yetişən nəslə, həm də gələcəyimizə yanlış formatda təqdim edirlər. Məhz bu baxımdan bütün sahələrdə Azərbaycanda CANLI TARİXLƏR var, onlar vərəqlənməlidir ki, ən azından yaddaşlara nəsə həkk olunsun. Unutqanlığımız bizim ən böyük düşmənimizdir. Unutqanlığımıza yox demək, danışan meydan adamlarının unutqanlığına işıq salmaq üçün Adam danışacaq. Və bəlkə elə Onun da Sizin kimi meydan sulamasından sonra başqa nəsnələr də üzə çıxacaq...

 

Mən canlı tarix olan o KİTABI az da olsa “vərəqləmişəm”.

Bu Adamı “vərəqlədikcə” sadəcə olaraq, adamı bütün mənalarda heyrət bürüyür ki, Allahım, biz kimlərlə yola çıxmışıq və bu gün də həmin kəslərin bir qismi yenə də Qərbin, Rusiyanın, İranın, Amerikanın kamerton sədaları altında öz oyunlarını oynamaqdadılar!!!...

 

İçiniz və içalatınız bəlli, əfəndilər. Susun və dinməyin... Qoy o Adam da öz kimliyini bəyan etsin və siz də onun söylədiklərinə ayna tutub, qüvvəniz çatacaqsa gerçəkləri anladın. Axı zamanında siz də onun kimi danışmısınız. Alınsa, Sözün Cəng Meydanına ".. ELÇİBƏYin göstərişiylə, RƏHİM QAZIYEVin əmriylə, İSGƏNDƏR Həmidovun zülmüylə 20-ci əsrin ən böyük dəhşətlərini, ən böyük vəhşətlərini yaşayan" MÜSAHİBİMİZ gəlir. Şəxsi zəmində öz müsahibəsini adam mənə qismən də olsa verib. Qalır dediklərinin ictimailəşdirilməsi məsələsi...

 

Əfəndilər, ADAMIN SÖYLƏMƏSİNƏ GÖRƏ siz siyasət və döyüş səhnələrinin "oynanıldığı" arenaya açılan qapının cazibəsilə millətin gözünü bu günə kimi qamaşdırmısınız. Sizin diletantlığınıza, sizin koyuktura cəngavərliyinizə, sizin məddahlar ordusu olaraq Qozbel Mediçilərdən gözəllik mücəssəməsi düzəltməyinizə indi həmin müsahib son qoyacaq, o qapıdan işəridə baş verənləri O söyləyəcək. Hazırsınızmı gizlədib demədiklərinizi eşitməyə!? Və bu Adam deyir ki, "dediklərimin qarşısında söz deməyə cürəti olan kəs mənimlə debata çıxmasa, onda kişi deyil"....

 

Həəə, açın, açın "Qaynar Qazan"ların ağzını, orda bişənləri və bişirib təqdim etdiklərinizi görəcəksiniz, əfəndilər!!!!

Bu Yurdun cüvəllağılarına koordinatorluq edənlər, o yurdun dərəsi də, bərəsi də sizlərə göstəriləcək, "KƏNAR ADAM"lığınızın fizioqnomiyasından tutmuş taa anatomiyasına qədər sizlərə anladılacaq....

 

RƏHİM QAZIYEVİN, ARİF PAŞANIN, İSGƏNDƏR HƏMİDOVUN, ETİBAR MƏMMƏDOVUN, QURBAN MƏMMƏDOVUN, İSA QƏMBƏRİN, İQBAL AĞAZADƏNİN, PƏNAH HÜSEYNİN, AYAZ MÜTƏLLİBOVUN. ...Söz Meydanının FƏRARİLƏRİNDƏN OLAN Əli Kərimlinin, Nemət Pənahlının, Tahir Kərimlinin "gerçək simaları"na ayna tutacaq...

 

Razılığını ala bilsəm yaxın günlərdə SÖZÜN CƏNG MEYDANIna bir İnsan gələcək.. Bu, o İnsandır ki, Sizi Sizə və həm də bizə anladacaq. Biz Sizə gerçəkləri söyləməniz üçün meydan vermişdik... Bir qisminiz qaçdı.... bir qisminiz faktları belə dandı.... bir qisminiz ümumiyyətlə danışmadı... bir qisminiz də olub olanları öz "həqiqətləri" çərçivəsində təqdim edib mətbuata açıq olduqlarını ortaya qoydu. Biz də hər kəsə inandıq və hər kəsə sayğıyla yanaşdıq. İndi də o Adamın deməyə sözü var. Elə ol səbəbdən də indi deyilənlərə qulaq asmaq zamanı. "Sizi tanıyan" özünün dediyi kimi sizi sizə, bizə anladacaq ki, biz BİZ olaq, daha biz biz olub bizi bizləməyək, yığılaq bir araya, məlhəm qoyaq yaraya....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir