"Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur"

14:16 11-04-2019 | icon 27 | Cəmiyyət
"Bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur"

Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.

 

Versus.Az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib.

F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib, gənclərin ideyalarının, sosial, elmi və digər sahələrdə layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

 

İcraçı direktor vurğulayıb ki, 2018-ci ildə Fondun fəaliyyət sahəsi bir qədər genişləndirilib. "2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib".

 

Onun sözlərinə görə, Fonda 724 müraciət daxil olub və bu günə qədər də davam edir.

F.Cəfərov əlavə edib ki, bu ilin iyun-avqust ayları ərzində yenidən müsabiqə elan ediləcək və bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL