"Cənubi Qafqazın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır"

16:04 11-04-2019 | icon 38 | Siyasət
"Cənubi Qafqazın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır"

Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacib şərti çoxillik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.

 

Versus.Az xəbər verir ki, “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov Bakıda “Cənubi Qafqaz və Xəzəryanı ölkələrin təhlükəsizlik problemləri” mövzusunda "dəyirmi masa" zamanı deyib.

O bildirib ki, Cənubi Qafqaz hər zaman Rusiya, İran və Türkiyə arasında müharibə meydanı olub, SSRİ-nin dağılması ilə isə bu ölkələrin "Avrasiyanın Şengen zonası" kimi bir qurşaqda birləşməsi üçün münbit şərait yarandı:

 

“Şengen zonası" deyərkən regionun bütün ölkələrinin çiçəklənməsi üçün şəraitin yaradılmasını nəzərdə tuturam. Təəssüf ki, bu baş vermədi: enerji ehtiyatlarının zənginliyi mənfi rol oynadı, çünki bu amil burada regiondankənar ölkələrin maraqlarının yaranmasına gətirib çıxardı və yekunda müxtəlif səbəblərlə münaqişə vəziyyəti yaradıldı. Qarabağ münaqişəsi bu baxımdan bariz nümunədir”.

 

Politoloqun fikrincə, KTMT və NATO Cənubi Qafqazda vəziyyətə təsir edən iki blokdur:

“NATO-nun Cənubi Qafqazda mövcudluğu getdikcə genişlənir, bu, Xaçaturovun həbsi ilə əlaqədar KTMT-nin nüfuzunun azalmasından sonra daha aydın oldu. Ermənistandakı vəziyyətə gəldikdə isə yeni hökumətin formalaşması ilə bu ölkədə qərbyönümlülük birmənalı olaraq güclənib. Bununla belə, bu gün münaqişənin nizamlanması üçün münbit şərait yaranıb, çünki xarici təhdid və risk səviyyəsi azalıb. Hesab edirəm ki, bu vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda prioritet olmalıdır. Fikrimcə, bu problem həll edilməli Cənubi Qafqazın gələcəyi dumanlı görünür”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir