“Başın ağrımasının çox səbəbləri var” - MÜSAHİBƏ

17:15 11-04-2019 | icon 185 | Sağlamlıq
“Başın ağrımasının çox səbəbləri var” - MÜSAHİBƏ

Nərminə Abbasova: “Klinikamızdan danışarkən Prezident İlham Əliyevin son 1 ildə apardığı islahatlar nəticəsində əldə olunan uğurları qeyd etməmək olmaz”

 

 

Həkim terapevt, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi Nərminə Abbasovanın Versus.Az-a müsahibəsi

 

Həkim terapevt, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi və sahibkarı Nərminə Abbasova öz peşəsinə sevgidən dolayı, yalnız bir həkim kimi danışmaq istədi...

 

- Nərminə xanım, ilk növbədə istərdim klinikanız və onun fəaliyyəti haqqında məlumat verəsiniz.

 

- Öncə qeyd etməliyəm ki, bu gün MayoMed Medikal Fizioterapiya Mərkəzi yüksək tibbi texnologiya ilə təchiz olunub və savadlı həkim personalı əhatə olunmaqla aktiv fəaliyyət göstərir. Bizə müraciət edən heç bir pasiyent narazı qalmır və təkrar müalicələr üçün klinikamıza üz tuturlar. Eyni zamanda hesab edirəm ki, xəstəxanamızın insanların sağlamlığı baxımından əldə etdiyi uğurlu nəticələr bu gün Prezident kimi fəaliyyətinin 1 ili tamam olan ölkə başçımız İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlar, insanlarımıza verdiyi dəyər, ona bir kapital kimi yanaşmasının təzahürüdür. Bu gün klinikamızdan danışarkən Prezident İlham Əliyevin son 1 ildə apardığı islahatlar nəticəsində əldə olunan uğurları qeyd etməmək olmaz.

 

Bu mənada fürsətdən istifadə edərək, MayoMed Klinikasının kollektivi adından ölkəmizin rəhbərinin uğurlu siyasətini dəstəkləyir və onu 1 illik uğurlu fəaliyyəti ilə bağlı təbrik edirik.

 

“Xəstənin durumunu nəzərə alır, bir çox hallarda pulsuz müalicələr aparırıq”

 

- Təşəkkür edirik. Nərminə xanım, klinikanın adı ilə bağlı açıqlama verəydiniz, nəyə görə məhz MayoMed?

 

- Bəli, çoxları fikirləşə bilər ki, nəyə görə klinikanın adı MayoMeddir... Dəyərli pasiyentlərimizə, oxucularımıza sayt vasitəsi ilə xatırlatmaq istərdim ki, “MayoMed” adı altında dünyada çox məhşur klinikalar var. Bu, ingilis sözüdür, tərcüməsi “FizioTerapiya” deməkdir.

Azərbaycanda MayoMed Medikal Klinika 2013-cü ildən fəaliyyətə başlayıb və Bakıda Fizioterapiya və Reabilitasiya müalicəsini aparan ilk mərkəzlərdəndir. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi müasir, yeni standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Təbii ki, həmin avadanlıqlarla işləyən savadlı kadrlarımız, mütəxəssislərimiz var. Həkimlərimiz xarici ölkələrdə, eləcə də ölkə daxilində təhsil alan mütəxəssislər olmaqla yanaşı, öz ixtisaslarına uyğun olaraq hər il ayrı-ayrı ölkələrdə kurslar keçir, təcrübə mübadiləsi aparırlar. Mən özüm də bir həkim terapevt olaraq Ukraynada, Türkiyədə ixtisaslaşma kursları keçməklə yanaşı, digər müxtəlif ölkələrdə inkişaf etmiş Fizoterapiya Mərkəzlərində təcrübə mübadiləsində olmuş, tibbin bu sahəsi üzrə yeni bilgilərin alınmasına çalışmışam. Təbii ki, dünyanın inkişaf etmiş tibb mərkəzlərində keçdiyimiz təcrübələrin hər birimiz üçün Fizioterapiyanın hansı üstün metododlarla tətbiqi, nə dərəcədə inkişaf etməsi və sair yeniliklərin əldə olunaraq ölkəmizdə tətbiqi baxımından əhəmiyyətlidir. Həkim daim axtarışda olmalıdır, öyrənməlidir, ona müraciət edən xəstənin sağalması üçün çalışmalıdır və ona qayğı ilə yanaşmağı bacarmalıdır. Biz özəl klinika olsaq da, müalicə ilə bağlı qiymətlər aşağıdır. Xəstənin durumunu nəzərə alır, bir çox hallarda pulsuz müalicələr aparırıq.

 

Xəstələrin rəyini nəzərə alaraq, vaxtaşırı klinikamıza xarici dövlətlərdən həkimlər dəvət olunur, müalicə kursları keçiririk. Təbii ki, bu, klinikamızda olan həkimlərə güvənsizlik deyil, sadəcə olaraq, bunu kilinikanın inkişafı, təcrübələri paylaşmaq baxımından əhəmiyyətli hesab edirik. Pasiyentlərimiz bizim müalicə üsulumuzu bəyənir və müsbət nəticə gördükləri üçün əvvəl xarici ölkələrə üz tutan xəstələrin 50 faizi öz müalicə proseduralarını bizim klinikada davam edirlər. Xəstələrin çoxu burada aldıqları müalicədən razı qaldıqları üçün ildə 2, hətta 4 dəfə təkrar müalicəyə gəlirlər. Çünki fizoterapiyaya ehtiyacı olan insanlar xəstəliyi xroniki keçirdikləri üçün ildə bir neçə dəfə müalicədən keçməlidirlər. 

 

- Fizioterapiya müalicə üsulu yalnız yeriyə bilməyən, dizlərində, ayaqlarında, boynunda problemlər olanlar üçündür, yoxsa başqa orqanları da bu üsulla müalicə etmək mümkündür?


-Fizioterapiyadan yuxarı-aşağı tənəffüs sistemi xəstəliklərində, onurğa sütunu xəstəlikləri, bütün hərəkət - dayaq sistemi, urogenital, ürək-damar və linfa damar sistemi xəstəliklərində geniş istifadə olunur. Ümumiyyətlə, Fizioterapiyaya iltihabi prosesdən başlamış, hərəkətin məhdudiyyəti ilə bağlı xəstələr müraciət edir. Yəni hərəkət məhdudiyyəti olanlar da var, özünü normal hiss edib ağrı sindromu ilə müraciət edənlər də var.

 

- Fizioterapiya müalicəsi zamanı pasiyent ağrı hiss edirmi?

 

“İnsanda iltihab həddən artıq çoxdursa...”

 

- Bu prossedur qətiyyən ağrılı deyil. Fizioterapiya dərman, yaxud qeyri dərman vasitələrinin aparatlar vasitəsi ilə bədənə yeridilməsidir. Bu, həm də insanların özünün müalicəyə necə reaksiya verməsinə bağlıdır.

Məsələn, elektroterapiya zamanı hissiyyat güclü olduğu halda bir balaca sinir qıcıqlanmaları ola bilər. Amma bu da ağrılı deyil. Əslində fizioterapiya ilə ağrı, iltihab götürülür, əzələlərdəki gərginlik aradan qaldırılır, toxumalardakı qan dövranı normaya düşür. İltihabi proses aradan qaldırılmaqla insanda maddələr mübadiləsinin aktivləşməsi prosesi yaranır. Belə olduqda isə insan sağalmağa doğru gedir. Bütün hallarda maddələr mübadiləsinin pozulması halının aradan qaldırılması demək olar ki, çox xəstəliyin aradan qaldırılması, yaxud onun pozulması çox xəstəliyin yaranması deməkdir.  

 

Qeyd edim ki, fizioterapiyadan başqa klinikada Reabilitasiya da öz əksini tapıb. Reabilitasiya sırf hərəkət məhdudiyyəti olan pasiyentlərimizdə tətbiq olunur. Əzələlərdə olan gərginlik, hərəkətsizlikdən toxumalarda yaranan geriləmə reabilitasiya vasitəsi ilə aradan qaldırılır. Bu da ən çox sinir sistemi xəstəliklərinə aiddir.

 

- Hansı halda pasiyent fizioterapiyaya cəlb olunur?

 

- Klinikada fizioterapiya kortəbii deyil, müəyyən müayinələrə əsasən aparılır. Xəstələr əvvəlcə laborator, rentgen, elektrokordioqramma və digər müayinələrdən keçməlidir. Ola bilər ki, heç xəstəyə fizioterapiyanın ediləməsi uyğun deyil. Yaxud, insanda iltihab həddən artıq çoxdursa, biz ona fizioterapiya tətbiq eləmirik. Əvvəlcə dərman müalicələri tətbiq olunur. Sonra isə müayinələrdən keçirilməklə fizioterapiyaya ehtiyac varsa tətbiq olunur. Yəni müalicə prossedurları çox genişdir. Bura bir mərkəzdir və bütün müalicələr kompleks şəklində aparılır.

 

- Nərminə xanım, bu gün sinir, əzələ, oynaq, hərəkətin məhdudlaşması ilə üzləşən çox insanla qarşılaşırıq. Sizcə bu ağrıları yaradan səbəblər nə ilə bağlıdır?

 

- Küçə ilə gedərkən qarşınıza çıxan bəlkə də beş nəfərdən dördünü dindirsəniz, boyun, qol, diz, boğaz ağrılarının olduğunu deyəcək. Bunun ilk səbəbi qeyri-normal qidalanmaqdır. Təbii ki, bu xəstəliyin yaranmasına iqlim dəyişikliyinin də təsiri var. Xəstəliyi aşkar edilən insanın mütləq artıq çəkidən əziyyət çəkdiyini görərsiniz. Artıq çəkinin özü maddələr mübadiləsinin pozulması deməkdir. Maddələr mübadiləsi pozulmaqla piylənmə yaranır və eləcə də oynaqlarımızda geriləmə baş verir. Dizlərimiz, yük olaraq artıq çəkini qaldıra bilmədiyi üçün ağrıyır, daha ciddi problemlər yaranır. Bu zaman aldığımız qidalar hətta keyfiyyətli olsa da, maddələr mübadiləsi pozulduğu üçün bədənə düzgün sorulmur. Yəni bu zaman bədən ona lazım olan vitaminləri qəbul edə bilmir.

 

- Necə edək ki, sonuc hərəkətimizin məhdudlaşmasına, bədənimizin ağrımasına gətirb çıxmasın?

 

- Bu istiqamətdə ciddi maarifləndirmə aparılmalıdır. Mən bir terapevt olaraq insanlara daha çox tanış olan bir məsələni qeyd edim. Hər birimizin boğazı gəlir. Angina dediyimiz bu xəstəliyə qarşı bəzən bir dərman, bəzən də heç bir dərman istifadə etməməklə əhəmiyyətsiz yanaşırıq. Yaxud dərmanı bir gün qəbul edib, sonra dayandırırıq ki, xəstəlik keçdi. Amma keçmir. Çox vaxt insanlar müalicəni evdə, kim necə istəyir o cür də aparır. Yaxud, bir dəfə antibiotik qəbul edib, müalicəni dərhal dayandırır. Bu olmaz. Yarımçıq müalicələr, yaxud uşaqlıqda keçirilən revmatik xəstəliklər gələcəkdə ağır xəstəliklərin inkişafına yol açır. Revmatik infeksiyanın daxilolma qapısı birbaşa boğazdır. Boğazın da normal müalicə olunmaması sonda  oynaq xəstəliklərinə gətirir. Müalicə düzgün getmədikdə bütün orqanlar zədələnir.

 

“Başın ağrımasının çox səbəbləri var”

 

- İnsanlar nəyi bilməlidir?

 

- Vaxtında müayinə olunmalı, düzgün həyat rejimi, düzgün qida və düzgün formada aparılan müalicədən keçməlidir. Hesab edirəm ki, hər bir ailənin tez-tez müraciət etdiyi bir həkimi olmalıdır. İnsanlar bilməlidir ki, orqanizminin bir yerində ağrı varsa, deməli bu, bütün orqanizmanın xəstəliyidir. Sadəcə olaraq ağrı simptomu olaraq bir nöqtədə reaksiya gedir. Bu o demək deyil ki, məhz həmin orqan ağrıyır. Terapevt olaraq rastlaşırıq. Bəzən elə şikayətlərlə gəlirlər ki, ondan anamnez toplamaqla tam başqa bir xəstəliyini ortaya çıxarırıq. Yəni başın ağrımasının çox səbəbləri var. Bütün orqanizmanın reaksiyasını birinci növbədə baş verir. Ona görə də başda yaranır. Təəssüflər olsun ki, biz başımız ağrıyanda dərman içib onu sakitlədirməyə çalışırırq, amma bunun başqa hansısa xəstəliklərin nəticəsi olduğunu düşünmək istəmirik. Ən azı o insan həkimə müraciət etməli və öyrənməlidir ki, başının ağrımasının səbəbi nədir. Bunun üçün isə dəqiq müayinələrdən keçməlidir. Düzdür, bu gün hamı zəmanənin ağırlığından danışır, amma nə qədər ağır olsa da, insan az vəsaitlə də olsa sağlamlığına baxmalıdır.

 

- Fizioterapiya müalicəsində qidanın rolu hansı yerdə dayanır?

 

- Qidalanma vacib amildir. Hətta mən deyərdim ki, insan düzgün qidalansa heç xəstələnməz və ağırlaşmalara gətirməz. Xəstələr müalicəyə başlayırsa, onun xəstəliyinə uyğun olaraq mütləq qidalanmasına da nəzarət olunmalıdır. Çünki qidalanma ilə dərman müalicəsi üst-üstə düşür. Amma biz nə qədər müalicə aparsaq da, əgər xəstə yeməyinə, pəhrizinə fikir vermirsə, qidalanması normal deyilsə, müalicə effekt verməyəcək. Sonra da axtarırıq ki, görəsən nəyi düzgün yazmadıq və yaxud, nə düzgün deyil.

Yaxud, biz ən gözəl şəkildə müalicə aparsaq belə, xəstə evə gedəndən sonra öz vəziyyətinə düzgün nəzarət etmirsə, deməli müalicələrimiz effekt verməyəcək. Bura qida, soyuqdanqorunma, kəskin hərəkətlər etməmək və sair hallar daxildir. Həkimin resep yazmasından çox, xəstənin o yazılanlara düzgün riayət etməsi də əsas şərtdir. Biz yazıb veririk, xəstə ona necə riayət edir, bilmirik. Amma Fizioterapiyanın üstünlüyü odur ki, xəstə gözümüzün qarşısında dərmanları qəbul edir.

 

- Bir həkim kimi insanlara nə tövsiyyə edərdiniz?

 

- İnsanlara onu demək istərdim ki, xəstələnəndən sonra deyil, xəstələnmədən öncə profilaktik müalicələr aparmaq lazımdır.

 

Sonda bir daha qeyd etmək istərdim ki, Prezidentimiz və 1-ci Vitse prezident Mehriban xanım Əliyevanın dediyi kimi, ölkənin əsas kapitalı insandır. Dövləti quran, qoruyan odur və o, bizim üçün dəyərlidir. Biz həkimlər də bu fikirləri əsas tutaraq insanlarımızın sağlamlığı naminə bütün gücümüzlə çalışırıq. Yetər ki, insanlarımız öz sağlamlıqlarına biganə qalmasınlar.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL