Hamilə gəlin kənddəki körpüdən özünü çaya atdı 

17:54 11-04-2019 | icon 33 | Hadisə
Hamilə gəlin kənddəki körpüdən özünü çaya atdı 

Ağdaşda dəhşətli intihar hadisəsi baş verib.

Versus.Az publika.az-a istinadən xəbər verir ki, Ağdaşın Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib.

O, ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovanın meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.

Bildirilir ki, 10 ay əvvəl Nehrəxəlil kəndinə gəlin köçmüş Səidə İslamova 7-8 aylıq hamilə olub. O, gecə saatlarında yaşadığı evi tərk edərkən heç kimin xəbəri olmayıb.

Gənc qadının intiharının dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL