Qənirə Paşayeva yazır: Səndən üzr istəyirəm, Elina!

19:13 11-04-2019 | icon 294 | Kürsü
Qənirə Paşayeva yazır: Səndən üzr istəyirəm, Elina!

Münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlı

 QƏNİRƏ PAŞAYEVA

 /millət vəkili/

 

Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm. Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil… Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yeniyetmə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır...

 

Bu münasibətlər fərddən-fərdə, ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir: Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. – Bu münasibəti məncə, bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş! Yoxsa… “Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır…

 

“…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”… - Bir uşağa, bir yeniyetməyə bunu yazdıran ağrını hamımız hiss etməliyik. Günahkar axtarmaq, giley eləmək asandır; ən dəhşətlisi odur ki, kimsə çıxıb “üzr istəyirəm, mən də filan xətaya yol verdim, Elinanın ruhundan üzr istəyirəm!” -demədi. Məncə, bax, budur üzərində düşünməli olduğumuz əsas məsələlərdən biri. Əslində, sevgisizliyin, laqeyidliyin, biganələyin, “mənə nə var?” düşüncəsinin artdığı toplumda hamımız günahkarıq, əzizlərim. Birimiz az, birimiz çox…

 

Elinanın ailəsi də, müqəddəs ocaq dediyimiz məktəb də, məktəbin rəhbəri, kollektivi də, yoldaşlarına dəstək olmaq istəməyən şagirdlər də, biz ictimai fikri qidalandıran insanlar da… Bir sözlə, hamımız!..

 

Bu məsələ çox ciddi araşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincə araşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetmə kim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin, Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyə cavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib - hamısı ciddi araşdırılmalıdır. Ailə qızın yaşadığı psixoloji sarsıntılar üzündən Elinanın məktəbini dəyişmək istəyəndə, niyə ona “yox” cavabı verilib - mütləq araşdırılmalıdır. Bu işdə günahkarların hamısı ciddi cəzalarını almalıdırlar. Məktəb yoldaşlarına qarşı bu qədər duyarsızlıq edən şagirdlərin psixoloji (mənəvi!) durumu ilə bağlı ciddi düşünülməli və “nə baş verir, bunun gələcəyi necə ola bilər, bu vahim durumu dəyişmək üçün haradan başlamalı, nə etməliyik” sualları ətrafından düşünüb, təxirəsalınmaz işlərə başlamalıyıq.

 

Ailə məsələsinə də vurğu yapmaq istərdim: ailə də özünü sorğulamalıdır: “daha nələri edə bilərdik”- deyə. Onlar üçün çox ağırdır, bilirik və bu ağrılarını bölüşürük. Günahkarlar birmənalı cəzalanmalıdır, amma biz hamımız - bu sahəyə cavabdeh qurumlar, ailələr, cəmiyyət, televiziyalar - da ciddi düşünməliyik…

 

 Elina o məktubu bəlkə də yeni bir Elinanın o ağrıları yaşamaması, çıxış yolu kimi intihara əl ataraq “məni sağ olanda istəyərdiniz”, “məni sağ olanda dinləyərdiniz” yazmaması üçün yazdı. “Qəbrimin üstünə gəlməyin!” yazıb. Bəlkə də, ən azı üzr istəmək cəsarətini özümüzdə tapmamız üçün yazıb bu təsirli sözləri…

 

Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, aidiyyatı qurumlarımız, uşaqlarımız, gənclərimiz -  doğru anlayacaq və dəyişəcəyik. Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…

Səndən üzr istəyirəm, Elina!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL