"Şahbaz elə bir haldadır ki, bunu sözlə demək mümkün deyil"

21:18 11-04-2019 | icon 79 | Gündəm
"Şahbaz elə bir haldadır ki, bunu sözlə demək mümkün deyil"

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.



Versus.Az xəbər verir ki, bu barədə Azvision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib:



“Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi".



Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil:

"Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.



Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL