“Cahan mənəm...” adlı bədii musiqili tədbir keçirilib

06:56 12-04-2019 | icon 20 | Mədəniyyət
“Cahan mənəm...” adlı bədii musiqili tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Muğam sənəti” kafedrası hazırladığı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Cahan mənəm...” adlı bədii musiqili tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində baş tutub.

Gecədə ADMİU-nun “Musiqi sənəti” fakultəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Tədbirdə Xalq artisti Teyyub Aslanov, “Solo oxu” ixtisasının tələbələri - Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev, Vüqar Əbilovun ifasında “Nəsimi” bədii filmindən “Qafil oyan” dərviş mahnısı, “Eylədi” mahnısı (musiqi: Emin Sabitoğlu), “Şur təsnifi” (musiqi: E.Haşımov, A.Yusubov), “Segah” təsnifi (musiqi: A.Abdullayev) və “Səmayi-şəms” ritmik muğamları səsləndi.

 

Konsertdə ifaçıları Əməkdar artist Əliağa Sədiyev (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikram oğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) müşayiət ediblər.

Sonda tədbirin proqramını hazırlayan ADMİU-nun “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova gənc ifaçılara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL