Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır

16:24 12-04-2019 | icon 19 | Gündəm
Valentina Matviyenko: Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşüb.

Versus.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə parlament sədrlərinin təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

 

Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə yeni impuls verəcəyinə əminliyini ifadə edib. “Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. O zamanlardan bəri ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq formalaşıb. Dövlətlərimizin başçıları ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə veriblər. Onların arasında dərin siyasi münasibətlər, sıx dostluq əlaqələri mövcuddur”, – deyə Oqtay Əsədov bildirib.

Azərbaycan parlamentinin sədri deyib ki, dövlətlərimizin başçılarının çoxsaylı görüşləri və səfərləri ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan verib. Azərbaycanla Rusiya arasında dövlət və hökumət səviyyəsində 227 ikitərəfli sənəd imzalanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 19 faiz artıb. Hər il Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir. Rusiyanın subyektləri ilə Azərbaycan arasındakı münasibətlər də gündən-günə genişlənməkdədir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko deyib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Bunun sayəsində biz hər zaman açıq dialoq aparırıq, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. Bu dialoq çox dəyərlidir. Xalqlarımızı həm də çoxəsrlik dostluq əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 1-də Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin ən vacib hadisələrindən biri olub. Həmin səfər zamanı dövlətlərimizin başçıları arasında konstruktiv danışıqlar aparılıb, 15-dən çox vacib sənəd imzalanıb”, – deyə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib.

Ticari-iqtisadi əməkdaşlıqdan danışan Valentina Matviyenko deyib ki, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları təşkil edib. Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığa önəm verir. Rusiya Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Rusiyadan Azərbaycana gələn turistlərin sayı da artıb. Keçən il 800 min rusiyalı turist Azərbaycanı ziyarət edib.

Ölkəmizin inkişafından danışan xanım Valentina Matviyenko qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri bildirib ki, onun ölkəsi münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərir.

Bu münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini azaltmayacaq.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

İlqar Altaydan dövlətə, vətənə yeni dəstək formatı - TƏKLİF

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL

Bulvara giriş bağlanır

Gülnarə Səlimovanı təqdim edən tələbə yüksək balla qiymətləndirilib

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir