İbrahimbəyov yenə ŞOK edir

16:32 12-04-2019 | icon 67 | Siyasət
İbrahimbəyov yenə ŞOK edir

İqtidar və müxalifətdən reaksiyalar gəldi

 

Kinoşünas deyib ki, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar; müxalifət isə onu zorla vahid namizəd edib

 

“İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o, çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi”.

 

Versus.az yeni müsavat-a istinadən xəbər verir ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət yekcins deyil. Kinorejissor hesab edir ki, iqtidar içində radikal güclər var: “Hansılar ki, axırıncı dəfə, yarım il əvvəl - ”Qafqaz triosu" filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın".

 

İbrahimbəyov deyib ki, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta prezidentə müvafiq fərmanın layihəsi təqdim olunub. Lakin İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: “Sizə deməliyəm ki, bu həqiqətdir. O, ”Bu biabırçılığı qurtarın" deyib və layihəni cırıb atıb".

Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.

 

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: "Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq".

Kinossenaristin müsahibəsindəki tezislərdən biri “Qafqaz triosu” filmidir. Bu kino ilə bağlı müzakirələri ilk rejissor Ayaz Salayev açıb, filmi tənqid edən məqalə yazıb.

İbrahimbəyov isə bunun ortaya atılmasını hakimiyyətin qollarından birinin “ssenarisi” hesab edir.

Ayaz Salayev ile ilgili görsel sonucu

Ayaz Salayev: ““Qafqaz triosu” qalmaqalının mənbəyi özüməm, kimsə deyə bilməz ki, tapşırıq almışam"

 

Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Ayaz Salayev bildirib ki, İbrahimbəyov yalan danışır: “Bu məsələni mən qaldırmışam, qalmaqalın mənbəyi özüməm. Ona görə dediklərimin məsuliyyətini daşıyıram, indi də cavabdehəm. Və sevinirəm ki, həmin filmlə bağlı məsələni qaldırmışam. Amma bu filmə başqa yozum verməyə çalışan adamları başa düşmürəm”.

 

A.Salayev qeyd etdi ki, film haqda yazdığı məqalənin hər sətirinə cavabdehdir: “Məni kimsə ittiham eləyə bilməz ki, tapşırıq almışam. O məqalədən əvvəl də kiçik bir yazım çıxmışdı. Yenə təkrar edirəm ki, İbrahimbəyov yalan danışır, gopa basır. Çünki bu filmin məqsədi o idi ki, Qarabağ işğal edilməyib, bu məsələ münaqişədir. Və guya münaqişə əsasında azərbaycanlıların ermənilərə əsassız nifrəti yaranıb. İbrahimbəyov o filminə səmimi bəraət qazandırmağa çalışan adamları məhv edir”.

 Ä°lgili resim

Tural Abbaslı: “Günah İbrahimbəyova o boyda etimad göstərən müxalifətdədir”

 

AĞ Partiya sədri Tural Abbaslı zamanında Milli Şuranın təsisçilərindən biri olub. Onun sözlərinə görə, vaxtında İbrahimbəyovun apolitik biri olduğu söyləmişdi: “Günah ona o boyda etimad göstərən bizdə, yəni müxalifətdədir ki, İbrahimbəyov kimi qeyri-stabil adama siyasi investisiya qoydular və bu da nəticəsidir. Onu heç kim namizəd olmağa təkid eləmirdi, özünü birləşdirici namizəd kimi təqdim edirdi. Hətta iri partiya sədrlərinin namziədliyi müzakirə olunurdu, amma Rüstəmin xeyrinə güzəştə gedildi, namizədliyi dəstəkləndi. Rüstəm bəy artıq siyasət və müxalifət üçün bir keçmişdir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL