Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

17:44 12-04-2019 | icon 32 | Gündəm
Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

Aprelin 12-də Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.

Versus.az xəbər verir ki, Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, gömrük təmsilçiləri iştirak edib.

Görüşdə çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, ticarətin asanlaşdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilir və bu islahatların əsas istiqamətlərindən biri də münbit və şəffaf biznes mühitinin yaradılmasıdır. Ölkəmizin gömrük orqanları bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ciddi addımlar atır və artıq gömrük-biznes münasibətlərində məmur-vətəndaş təması minimuma endirilərək şəffaflıq təmin edilib.

Gömrük işinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsində gömrük təmsilçilərinin mühüm rol oynadığını söyləyən Komitə sədrinin birinci müavini uzun illərdir təşkil edilməsinə baxmayaraq gömrük təmsilçiliyi institutlarının peşəkarlığının, bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayıb və qarşılıqlı işgüzar əməkdaşlıq müstəvisində bu məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov son illərdə gömrük orqanlarında aparılan islahatlar nəticəsində biznes nümayəndələri üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Həyata keçirilən islahatlardan gömrük təmsilçilərinin də faydalanmasının vacibliyinə toxunan Komitə sədrinin müavini bu sahədə fəaliyyət göstərən qurumların və şəxslərin gömrük qanunvericiliyini mükəmməl şəkildə mənimsəməsinin biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını bildirib.

Dövlət Gömrük Komitəsinin gömrük təmsilçilərinə daim dəstək göstərdiyini qeyd edən Cavad Qasımov gömrük orqanları tərəfindən təmsilçilər üçün xüsusi kursların, seminar və təlimlərin təşkil ediləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məqsəd gömrüklə biznes arasında körpü rolu oynayan təmsilçilik institutlarının peşəkarlığının və xidmət səviyyəsinin artırılmasıdır.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, gömrük təmsilçilərinin sualları cavablandırılıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir