Türkiyənin bələdiyyə seçkilərindən Azərbaycana verilən “mesaj”

18:16 12-04-2019 | icon 139 | Siyasət
Türkiyənin bələdiyyə seçkilərindən Azərbaycana verilən “mesaj”

Nəzakət Məmmədova: “Türkiyənin Bələdiyyə seçkiləri təcrübəsi öyrənilsin və bizdə də tətbiq olunsun”

 

“Seçicinin inanma borcu yoxdur. Əksinə, məhz siyasi partiyanın seçicini inandırma borcu, məsuliyyəti var. Türkiyədə seçkilərə qatılan namizəd öz işini məhz bu prinsip üzərində qurur. Orada insanların səsini qazanmaq üçün partiyalar daha qızğın, daha dinamik mübarizə aparırlar. Hər bir namizəd çalışır ki, həqiqətən də seçicilərin inamını, səsini qazansın. Daha bizdəki kimi düşünmürlər ki, meydana, mitinqə çıxıb danışırsa, seçici ona inanmağa borcludur”.

 

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova Türkiyədə keçirilən son Bələdiyyə seçkiləri, namizədlərin mübarizə üsulları ilə bağlı müqayisələr aparıb bələdiyyə təcrübəsinin Azərbaycana gətirilməsi ilə bağlı məsələni şərh edərkən bildirib.

 

N.Məmmədova Azərbaycanda keçirilən seçkilərdə müxalifətin seçicilərə yönəlik “mən meydana çıxıramsa, xalq mənim arxamca gəlməlidir”, “zorakı ideya”nı düzgün hesab etməyib:

 

“Bizim müxalifət fikirləşir ki, mən çıxış edirəm, niyə mənə inanmırlar, arxamca gəlmirlər və hətta seçicidən inciyirlər də. Türkiyə seçkilərində iştirak edən namizəd isə deyir ki, mən seçicinin inamını qazanmalıyam. Hər bir səsə önəm verirlər”.

 

Politoloq eyni zamanda qeyd edib ki, Türkiyədə keçirilən seçkilər zamanı tərəflər arasında gedən mübarizədə tənqidlərə yol verilsə də, ümummilli, dövlətin bütövlüyü məsələsində də monolit düşüncəyə sahibdirlər:

 

“Türkiyənin böyük demokratik seçki ənənəsi, təcrübəsi var. Yaxşı olardı ki, Azərbaycanda keçirilən seçkilərdə o təcrübələrdən yararlansınlar. Ən azı təbliğat-təşfiqat prosesində bu üsul özünü göstərməlidir”.

 

N.Məmmədova Azərbaycan bələdiyyə sistemi ilə Türkiyə bələdiyyələrinin müqayisəsində ciddi fərqin olduğunu deyib:

 

“Bizdən fərqli olaraq Türkiyədə bələdiyyə seçkilərinə böyük önəm verilir. Çünki vətəndaş cəmiyyətinin əsaslarından biri bələdiyyələrdir. Vətəndaşlar icra hakimiyyəti orqanlarında, dövlət orqanlarında iştirak etməsələr də, seçkili orqanlarda, yəni bələdiyyələrdə iştirak etməklə dövlət idarəetmə sistemində iştirak edə bilirlər. Bu, bizdə formal xarakter daşıyır. Bizdə bələdiyyələr sanki torpaq alıb satma məsələlərinə baxırlar. Səlahiyyətlərin çoxu icra hakimiyyətlərindədir. Yaxşı olardı ki, Türkiyənin Bələdiyyə təcrübəsi öyrənilsin və bizdə də tətbiq olunsun. Vətəndaşlar ictimai məsələlərdə, dövlətin idarəetməsini öz üzərinə götürsünlər və bələdiyyələr formal xarakter daşımasın”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL