"O jurnalistlərlə bağlı Əflatun Amaşova müraciət edəcəm"

19:39 12-04-2019 | icon 50 | Cəmiyyət
"O jurnalistlərlə bağlı Əflatun Amaşova müraciət edəcəm"

"Bu tip insanlarla yeganə yol qanunun dili ilə danışmaqdır"

 

Son günlər bəzi mətbuat orqanlarında Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramiz Quliyevlə bağlı bu və ya digər formada hər hansı bir həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır. Bu əsassız və heç bir hüquqi əsası olmayan məlumatların kimlər nə üçün belə yayır, bu isə bəlli deyil.



Versus.Az xəbər verir ki,məsələ ilə bağlı Vətəninfo.az-a danışan Ramiz Quliyev bildirib ki, bəzi internet media resursları KİV haqqında qanunun və eyni zamanda qüvvədə olan qanunvericilik aktlarını pozaraq haqqında əsası olmayan məlumatlar yayırlar:



"Bu yazılanları oxuduqda çox təəssüflənirəm ki, ölkə mediası, xüsusilə də internet media sahəsində jurnalist adına və sənətinə nə qədər naşı və öz məqsədləri üçün gələnlər var. Bu yazılanlar açıq-aydın yalan üzərində qurulub. Birbaşa mənim nüfuzumun ləkələnməsinə xidmət edir. Bunu yazan saytlara sizin vasitənizlə çatdırmaq istəyirəm ki, əgər bu qaralama kompaniyasına son qoyub, yazdıqları böhtan dolu xəbərləri silməzlərsə, o zaman Mətbuat Şurasının sədri, millət vəkili cənab Əflatun Amaşova, eyni zamanda da MŞ-da mövcud olan müxtəlif komissiyalara müraciət etməli olacağam. Əgər işlədiyim idarədəki nüfuzuma, eyni zamanda da vətəndaş olaraq şəxsimə yönəlik bu yalan dolu böhtanlara MŞ-sı vasitəsi ilə də son qoyulmayacağı təqdirdə o zaman hüquqlarımı məhkəmə qaydasında qorumalı olacam. Amma mən ölkəmizdə söz və mətbuata dövlətimizin göstərdiyi humamizim dəyərlərini əsas tutaraq ilk olaraq o saytların rəhbərlərinə səslənirəm ki, bu qaralama kampaniyasından əl çəksinlər. Əks təqdirdə onlarla məhkəmədə görüşməli olacam".



Ramiz Quliyev bildirdi ki, yazılanlarla yaxından-uzaqdan bu və ya digər əlaqəsi yoxdu və bunu yazan saytların bir məqsədi var ki, onların qarşısında qorxub geri çəkilək və onların hansısa marağını təmin edək:

"Bu olmayacaq və mən qanunun və hüququn nə olduğunu bilirəm. Ona görə də bu tip insanlarla yeganə yol qanunun dili ilə danışmaqdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir