Azərbaycanın milli aviadaşıyıcısı Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim edib

10:30 15-04-2019 | icon 25 | İqtisadiyyat
Azərbaycanın milli aviadaşıyıcısı Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim edib

Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.

 

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.

Tədbirdə “Azərbaycan şahinin gözü ilə” təqdimat videoçarxı nümayiş etdirilib.

 

 

Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilib. Qonaqlar, həmçinin ölkəmizin mətbəx incilərini qiymətləndirə biliblər.

 

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə edib. Ötən il “Azərbaycan Hava Yolları”nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənib və AZAL Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunub.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 ulduz” statusuna layiq görülərək və bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir:

"Xalqlarımız ümumi dini-mədəni irsə, ümumi mənəvi dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınını və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək".

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına - Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.

 

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

  • Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
  • Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
  • Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
  • Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
  • Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
  • Bakı-Burayda (Əl-Qassim)-Bakı - cədvəl dəqiqləşdirilir.

 

Səudiyyə Ərəbistanı Krallığı, həmçinin iki müqəddəs yer - əfsanəvi Mədinə və Məkkənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı həmçinin ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi, özünəməxsus memarlıq ansamblları və heyrətamiz Şərq ab-havası ilə özünə cəlb edir.

Müntəzəm reyslərə aviabiletlərin alınması üçün aviaşirkətin www.azal.az rəsmi internet saytına, çarter reyslərə aviabiletlər üçün isə AZAL-ın əsas agenti “Silk Way Travel” turizm şirkətinin satış ofislərinə müraciət etmək olar. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi: (+994 12) 598 88 80, e-mail: callcenter@azal.az. Yazılı müraciətləri həmçinin Whatsapp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir