Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı

12:15 17-04-2019 | icon 15 | Siyasət
Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı

Biz çox istərdik ki, Fransa və İtaliyanın rəhbərləri belə məsələlərə həssas yanaşaydılar. Çünki dünya “erməni soyqırımı”nın saxta olduğunu və bunun ermənilər tərəfindən Türkiyəyə göstərilməsi üçün uydurulduğunu kifayət qədər yaxşı bilir.

 

Türkiyənin dəfələrlə təklif etməsinə baxmayaraq, Ermənistan Türkiyə arxivlərinin birlikdə araşdırılmasından imtina edib.

Bu baxımdan, Fransa və İtaliya kimi nüfuzlu dövlətlərin belə bir qərar qəbul etməsi təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda, onların sivil dünya ilə münasibətlərində də müəyyən ab-hava yarada bilər.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindən olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

 

“Düzdür, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın Dağlıq Qarabağda qurduğu oyuncaq və işğalçı rejimi tanımır. Bununla belə, dövlətlər tarixi məsələlərdə ehtiyatlı olmalıdılar, bundan siyasi məqsədlər üçün istifadə edilməsinə, beynəlxalq münasibətlərin gərginləşməsinə, dünya siyasətinin aparıcı qüvvələrindən - dövlətlərindən biri olan Türkiyə ilə münasibətlərin pozulmasına yönəlik addımlardan çəkinməlidirlər”, - deyə qeyd edən millət vəkili bildirib ki, bu tip məsələlərin gələcəkdə Avropanın aparıcı ölkələlərinin daxili və xarici siyasətində kifayət qədər ciddi şəkildə öyrənilməsi yaxşı olar.

“Milli Məclisdə uydurma “erməni soyqırımı”nın ifşası ilə bağlı, eləcə də, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqrımının tanınması ilə əlaqədar qarşılıqlı şəkildə qətnamələrin, qanun layihələrinin qəbulu mümkündürmü” sualına cavabında isə millət vəkili bildirib ki, parlament səlahiyyətləri çərçivəsində bütün addımlar mümkündür.

 

“Biz dəfələrlə bu və ya digər ölkədə uydurma “erməni soyqırımı” məsələsi xüsusi qabardılanda öz mövqeyimizi bildirmişik, məktublar ünvanlamışıq, xarici ölkələrin Azərbaycandakı səfirlərinə və səfirliklərinə müraciətlər etmişik.

Bu baxımdan, bu məsələnin də parlamentin növbəti iclasında müzakirə edilməsi gözləniləndir. Çünki söhbət BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan ölkədən, ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərindən birindən və dünya siyasətinə ciddi təsir edən bir ölkədən gedir.

Bu baxımdan, Azərbaycan bir türkdilli dövlət, Türkiyənin ən yaxın dostu, eyni zamanda, Ermənistanın işğalına məruz qalmış bir ölkə kimi həmişə belə məsələlərə öz mövqeyini bildirir və belə qərarlar qəbul edən ölkələri öz qərarlarına həssaslıqla yanaşmağa çağırır”, - deyə A.Mirzəzadə əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

İlqar Altaydan dövlətə, vətənə yeni dəstək formatı - TƏKLİF

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL

Bulvara giriş bağlanır

Gülnarə Səlimovanı təqdim edən tələbə yüksək balla qiymətləndirilib

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir