“Qafqaz mirvarisi Azərbaycan” 

13:37 17-04-2019 | icon 18 | Mədəniyyət
“Qafqaz mirvarisi Azərbaycan” 
 

 

Versus.Az xəbər verir ki, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin müxbirlərinin ötən ilin iyul ayında Azərbaycana təşkil etdiyi Mediaturun nəticəsi olaraq Özbəkistan telekanallarında ölkəmizə dair verilişlər yayımlanır.

 

Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkənin  "Dunyo Boylab”  telekanalı arasında  əldə olunan razılığa əsasın iki ölkə arasında dostluq əlaqələrinin təbliği, habelə yeni turizm mövsümünün başlanması ilə əlaqədar sözügedən kanalda ölkəmizə dair yeni silsilə verilişlər yayımlanması davam etdiriləcəkdir.

Cari il 14 aprel tarixində "Dunyo Boylab” telekanalında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarına dair yeni təkmilləşdirilmiş "Kamalakdek Cerjilo” layihəsi çərçivəsində  "Qafqaz mirvarisi – Azərbaycan” adlı veriliş yayımlanıb.

 
 
 
Tanınmış jurnalist Gulsara Soathonovanın təqdim etdiyi verilişdə Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi, şəhərdəki istirahət, turizm, kurort mərkəzləri, habelə Naftalan neftinin müəlicəvi əhəmiyyətindən söhbət açılır.

Verilişdə Azərbaycanın qədim və ikinci böyük şəhəri, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri haqqında, şəhərin tarixi, onun görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilir, XVIII əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl gölü haqqında maraqlı kadrlar nümayiş etdirilir.

  
Verilişdə jurnalist qədim tarixə malik Şəki şəhərinə səfərə də xüsusi yer ayırıb, bu şəhərdə XVII əsrdə tikilən "Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Şəki ipəyi haqqında məlumat verərək, Əliəhməd nəslindən olan şirniyyat ustaları tərəfindən bişirilən Şəki halvası, onun hazırlanması prosesini nümayiş etdirib.  Aparıcı  Gulsara Soathonova Şəkinin mədəniyyət abidələri, turizm imkanları, bu şəhərdə geniş itifadə edilən qədim şəbəkələr haqqında söhbət açıb, şəhərinin yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın I əsrinə aid olan İbadətxana haqqında geniş məlumat verib.

Veriliş ictimaiyyət arasında da böyük maraqla qarşılanıb.

 
 
Qeyd edək ki, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən Azərbaycana hər il Özbək jurnalistlərinin "Mediatur”u təşkil edilir və artıq 3 dəfə təşkil olunan bu layihə nəticəsində Özbəkistan televiziya kanallarında
çoxsaylı verilişlər, sayt və qəzetlərdə silsilə məqalələr yayımlanmaqdadır.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL