“Ermənilər məni başımı kəsəcəkləri ilə hədələdilər”

13:27 05-02-2018 | icon 63 | Cəmiyyət
“Ermənilər məni başımı kəsəcəkləri ilə hədələdilər”

“Ermənilər bizi hər yerdə Damokl qılıncı kimi görməlidir”

“…Bundan sonra ermənilər ünvanıma təhqirlər yağdırıb, “mesencer”imə zəng etməyə, mesaj yazmağa və məni öldürmək, başımı kəsməklə hədələməyə başladılar”.

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova erməni saytlarında vaxtaşırı müşahidələr aparıb onların Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyinə dair yayılan informasiyalarına cavab verib məkirli, çirkin siyasətlərini ifşa etdiyinə görə hədə və təhqirlərə məruz qalması barədə açıqlamasında bildirib:

“Bu yaxınlarda ermənilərin “Sacred Armenia” adlı səhifəsində prezidentimizə qarşı xoşagəlməz yazılar gördüm. O cümlədən 1973-cü ildə ABŞ-da iki türk diplomatını qətlə yetirmiş terrorçu Qurqen Yanikyanı qəhrəman kimi öymələri ilə rastlaşdım. Buna sakit dayanmadım və onlara terrorçu ilə öyünmənin alçaqlıq olduğunu bildirib, haqsız olduqlarıni izah etməyə çalışdım”.

N.Məmmədova onu təhqir edib, ölümlə təhdid edən əksər ermənilərin Rusiya vətəndaşları olduğunu qeyd edib. Bildirib ki, erməni təxribatçılarının Azərbaycan prezidentinə və Azərbaycan xalqına qarşı təhqir və böhtan xarakterli məlumatlar paylaşması hər bir azərbaycanlını narahat etməlidir:

“Mən onların hədəflərinin cavabsız qalmayacağını, onlardan qorxmadığımızı, yeri gələrsə Rusiya Federal Təhlükəsizlik Xidmətinə müraciət edəcəyimi bildirdim. Bundan sonra qorxaq erməni xisləti özünü büruzə verdi və onlar hələlik “yoxa çıxıblar”. Bu, ermənilərin döyüş meydanlarında olduğu kimi, virtual məkanda da qorxaq və cəsarətsiz, haqsız yerə hay-küy salan xalq simasını bir daha üzə çıxarır”.

Politoloq erməni işğalçılarını layiq olduqları şəkildə ifşa etmək üçün bir neçə əsas şərti qeyd edib. Bu, vətənpərvərlik, öz tarixini yaxşı bilmək və onların saxta tarixi uydurmaları barədə xəbərdar olub, yalanlarını üzə çıxarmaq, xarici dilləri bilməkdir:

“Ermənilər bizi hər yerdə – cəbhə xəttində, diplomatik müstəvidə, informasiya məkanında başlarının üstündə Damokl qılıncı kimi görməli və qorxmalıdırlar”.

“Prezident haqq səsimizi dünyaya çatdırmaq üçün əlindən gələni edir”

Politoloq ermənilərin uzun illər informasiya savaşında qalib gəlməsinin müəyyən səbəblərini şərh edib:

“Ermənilər vətənsiz, dünyaya səpələnmiş xalq olduqları üçün onların müxtəlif ölkələrdə məskunlaşmaq və türk milləti əleyhinə təbliğat aparmaq imkanları olub. Hiyləgər, işbaz olduqları üçün çoxlu maliyyə əldə edib, öz mənfur milli ideyalarının təbliğinə sərf ediblər.

Eyni zamanda uzun illər ermənilərin əsas hədəfləri daha çox Türkiyə olub. Lakin 1965-ci ildə ilk dəfə Uruqvay tərəfindən saxta soyqırım iddiası rəsmi şəkildə tanındıqdan sonra ermənilər azğınlaşaraq terror fəaliyyətlərini genişləndirmişlər. Bunun nəticəsində də 10-larla türk diplomatı şəhid olub.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra isə bir neçə il informasiya blokadasında çabalayaraq öz haqq səsini dünyaya çatdıra bilməyib. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, informasiya blokadasından da çıxmaq istiqamətində işlər görülüb, diaspora quruculuğu işi vüsət alıb. O zamanlar ümummilli liderin əlində çubuq, xəritə qarşısında dayanıb əyani şəkildə bütün güc mərkəzlərinə Azərbaycanın mövcud durumunu izah etməsi, təbliğatın ən yüksək mərhələsini göstərən səhnə idi. Adi bir məktəbli də dərk edirdi ki, ölkəmiz çətin durumdadır və prezident haqq səsimizi dünyaya çatdırmaq üçün əlindən gələni edir.

Sonradan İlham Əliyev də bu yolu davam etdirdi. Onun dövründə artıq Heydər Əliyevin sayəsində Azərbaycanı tanıyırdılar. Amma bir sıra məsələlər daimi dünya ictimaiyyətinin, beynəlxalq güc mərkəzlərinin daima diqqətində saxlanılmalı idi ki, bunlardan da ən əsası Ermənistan-Azərbaycan münaqişəsidir”.

Politoloq hesab edir ki, hər bir Azərbaycan vətəndaşı öz fəaliyyətində bunu əsas götürməli və dünyanın harasında olursa-olsun, ölkə həqiqətlərini orada auditoriyaya çatdırmağı özünə borc bilməlidir.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”