“Biz özümüzü kiməsə istifadə elətdirmək fikrində deyilik”

20:00 14-03-2018 | icon 107 | Siyasət
“Biz özümüzü kiməsə istifadə elətdirmək fikrində deyilik”

“Kiməsə xoş gəlmək üçün addım atmayacağıq”

“Qeydiyyata alınmaqla canlı efir imkanı qazanmağımızı siyasi şans hesab edirik. Amma namizədliyimin qeydiyyata alınacağı ilə bağlı proqnoz verə bilmirəm”.

Bunu Versus.az-a Ağ Partiyanın sədri, prezidentliyə iddialı Tural Abbaslı açıqlamasında bildirib:

“Fəaliyyətim əvvəl necə idisə, indi də elədir. Düşüncələrimdə  hansısa korrektələr edəcəyimi düşünmürəm. Yaxud, hakimiyyətə xoş gəlmək üçün çalışmaq fikrim yoxdur. Ola bilər ki, bizim hansısa fikirlərimiz digər müxalifət partiyalarının fikirləri ilə üst-üstə düşməsin. Amma bu o demək deyil ki, biz hakimiyyətə yarınıb buna görə qeydiyyata alınacağıq”.

T.Abbaslı gənc partiya olaraq seçkidə önə çəkilməklə müxalifətdəki partiyalara qarşı qoyulmaları ilə bağlı fikirlərə də birmənalı yanaşmayıb:

“Ola bilər ki, kimlərsə nəsə planlasın, kimisə hədəfə alsınlar.  Bəzi qüvvələr müxalifəti bir-birinə qarşı qoymaqla rəqibini zəiflətmək kimi siyasət aparır. Bu təbiidir. Amma biz özümüzü kiməsə istifadə elətdirmək fikrində deyilik. Biz doğru bildiyimiz addımı atacağıq. Bu kiməsə sərf edəcək, kiməsə yox. Biz kiməsə xoş gəlmək üçün addım atmayacağıq”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”